Home / Bilirsinizmi? / Səddam Hüseynin nəvəsi – XXI əsrin ən igid oğlanıdır.
IMG-20170721-WA0005

Səddam Hüseynin nəvəsi – XXI əsrin ən igid oğlanıdır.

O, tək başına ABŞ-ın xüsusi təyinatlı dəstəsine qarsi (400 əsgər) düz 6 saat muqavimet gosterib. Amerikanın “The New York Times” qəzeti onu “XXI əsrin ən cəsarətli və qorxmaz oğlanı” kimi seçdi. Bu oğlan – İraqlı Mustafa Səddam Hüseyndir. Mərhum Səddam Hüseynin 14 yaşlı nəvəsi sonuncu sağ adam idi ki, əlində avtomat ABŞ-ın xüsusi təyinatlılarının şeyx Navvaf Xeydanın sarayına hücumu zamanı, silahlı müqavimət göstərmişdir. Həmin zaman o evdə tək sağ adam qalmışdır, onun yanında atası Qusay, əmisi Uday və onların mühfizəçisi Abdül-Səmədin cəsədləri uzanmışdır.
Əməliyyatda iştirak etmiş Amerika əsgərlərinin dediyinə görə onlar evə daxil olan vaxt Mustafa Hüseyn onlara avtomatdan atəş açmışdır.
400 əsgərdən ibarət olan dəstə onu mühasirəyə aldı. Atasını və əmisini amerikalılar onun gözlərinin önündə öldürdükdən sonra oğlan geri çəkilmiş və bir snayper tüfəngi ilə 14 ABŞ dəniz piyadaçısını öldürmüşdür. Səddam Hüseynin nəvəsi ilə ölüm-dirim döyüşü düz altı saat davam etmişdir.
Amerikalılar oğlanı qətlə yetirdikdən sonra, inana bilmirdilər ki, onlara qarşı 6 saat döyüş aparan tək bir nəfər idi və hətta həmin döyüşçünün uşaq olması onları şoka salmışdır.
Mustafa haqqında məqalənin sonunda “The New York Times” qəzetin jurnalisti Robert Yeisk yazır: “Əgər bizdə belə bir oğlan olsaydı, biz hər bir şəhərdə ona bir heykəl qoyardıq. Onun cəsarətindən və sücaətindən hər bir yerdə danışardıq, o da gənc nəsil üçün bir nümunə olardı”.

ATO.AZ Tarix Ocağı

About ato.az

Check Also

image-136

Güneyli fədakar öldü

Share this on WhatsApp55 il öncə belə bir soyuq payız günündə Güney Azərbaycanın Miyana bölgəsində …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *