Home / Bilirsinizmi? / “Türklər dünyaya qarşı birləşdi” – Turan ordusu quruldu
timthumb

“Türklər dünyaya qarşı birləşdi” – Turan ordusu quruldu

Uzun müddətdir bütün türk dövlətlərinin birləşdirilməsi gündəmdəyidi.

Ato.az-ın A24.Az-a istinadən məlumatına görə, hər kəs Turan ordusunun qurulub-qurulmayacağını düşünürdü.

Uzun müddətdir hamını düşündürən suala, gözlənilən cavab gəldi. Belə ki, Avrasiya hərbi statuslu hüquq-mühafizə qüvvələri adını daşıyan təşkilat, ilk görüşünü Azərbaycanda gerçəkləşdirib. Təşkilatın təməli Türkiyədə qoyulub. 2011-ci ildə Ankarada qəbul edilən qərarla Avrasiya hərbi statuslu hüquq-mühafizə qüvvələrinin qurulması gündəmə gəlib.

Təşkilatın məqsədi türk cumhuriyyəti arasında hərbi iş birliyini qüvvətləndirməkdir. Təşkilatın qərargahı Ankarada olacaq. Turan ordusu Azərbaycan, Qırğızıstan,  Monqolustan kimi ölkələrdən ibarət olacaq.

Turan ordusu NATO kimi fəaliyyət göstərəcək. Türk dövlətlərini təhdid edən bütün qüvvələrə qarşı birləşəcək və gərək olarsa onlara silah gücü ilə qarşılıq verəcək. Digər vəzifəsi isə müsəlman ölkələrinin təhlükəsizliyini və dünyada sülhü qorumaq olacaq. Turan ordusu bir çox sahədə: silah istehsalı, uzun məsafəli raket, döyüş təyyarələri, döyüş gəmiləri, vertolyot və pilotsuz döyüş təyyarələri istehsalında güclərini birləşdirəcək.

İlk mərhələdə Azərbaycan, Qırğızıstan və Monqolustan kimi ölkələr Turan ordusuna qatılıb. Dünyanın ən güclü ordusunda  2 milyon 800 minlik əsgər sayı başda İsrail olmaqla bir çox ölkəni qorxutmağa bəs edib. Xəbər dünya gündəminə  sözün əsl mınasında bomba kimi düşüb. Dünya mediasında “Türklər dünyaya qarşı birləşdi”, “Osmanlı ordusu dirilir” , “Təhlükə qapıda” kimi başlıqlarla xəbərlər yayılıb.

About admin

Check Also

26733534_190462805033246_8401784531917337062_n

20 Yanvar faciəsindən 28 il ötür

Share this on WhatsAppAzərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 28 il keçir. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *