Home / Bilirsinizmi? / Erməni hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var
764375

Erməni hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var

Erməni hərbçilər yol qəzasına düşüb, xəsarət alanlar var.

Ato.az-n məlumatına görə, qəzalardan biri Azərbaycan, digəri Ermənistan ərazisində qeydə alınıb.

Belə ki, bir neçə gün əvvəl axşam saatlarında Tonaşen-Madaqiz istiqamətində hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus “Ural” markalı yük avtomobili dağ yolunda aşıb. Hadisə nəticəsində üç əsgər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Ağdərə hospitalına yerləşdiriliblər.

Digər hadisə isə Ermənistan ərazisində, Cermuk avtomobil yolunda baş verib. Belə ki, şəxsi avtomobili ilə Yexeknadzordan Vayk istiqamətində hərəkət edən müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Mkrtıç Qaramyan yol-nəqliyyat hadisəsi törədib. Ağır bədən xəsarəti alan M.Qaramyan tibb müəssisəsinə çatdırılıb.

About admin

Check Also

31218570_575967129427298_228850954340925440_n

Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu

Share this on WhatsAppYerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb. Ato.az  xəbər verir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *