Home / Güney Azərbaycan / Türk Hava Yolları şirkəti “Traxtur”a sponsorluq edəcək
turkiye_bayragi

Türk Hava Yolları şirkəti “Traxtur”a sponsorluq edəcək

Türk hava yolları şirkəti “Atlas Global” Təbrizin “Traxtur” futbol klubunun yeni sponsoru olub.

Bu barədə Türkiyə şirkəti ilə klub rəhbərliyi arasında müqavilə imzalanıb.

Türkiyə və Avropanın önəmli şirkəti ilə Təbriz klubu arasında imzalanan müqavilənin dəqiq dəyəri və müddəti barədə məlumat yayılmayıb.

2001-ci ildə təsis edilən “Atlas Global”ın mərkəzi ofisi Türkiyənin İstanbul şəhərindədir, o hazırda dünyanın 58 ölkəsinə bir başa uçuşlar həyata keçirir. Şirkətin keçmiş adı “Atlasjet” olub, o 2015-ci il fevralın 1-dən “Atlasglobal” adlanır.

Türk Hava Yolları bundan öncə İspaniyanın “Barselona” və İngiltərənin “Mançester Yunayted” klubu kimi dünyanın məşhur futbol klubları ilə sponsorluq barədə müqavilə imzalayıb.

ATO.AZ

About ato.az

Check Also

tehran

İranda bu dil qadağan edildi – Qərar

Share this on WhatsAppİranda dövlətin nəzarətində olan təhsil ocaqlarında və özəl ibtidai məktəblərdə ingilis dilinin …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *