Home / Türk Dünyası / Qaşqay Türklərinin illik yığıncağı keçirilib.. Kanadada
qashqay-504

Qaşqay Türklərinin illik yığıncağı keçirilib.. Kanadada

Kanadanın Richmond Hill şəhərində Qaşqay türklərinin illik yığıncağı keçirilib.

Kanadanın qurulmasının (Kanada Günü) 150-ci ildönümü münasibəti ilə keçirilən yığıncaq Richmond Hill şəhərinin iranlı və kanadalı əhalisinin nümayəndəsi doktor Moridinin dəvəti ilə baş tutub. Yığıncaqda müxtəlif millətlərin nümayəndəsi iştirak edib.
“Qaşqay online”nın yaydığı məlumata görə, Qaşqay türklərinin keçirdiyi illik yığıncaq 2011-ci ildən başlayıb, yığıncaq getdikcə daha möhtəşəm şəkildə həyata keçirilir.

Yığıncaqda Qaşqay musiqisi və milli rəqsi nümayiş etdirilir.
Yığıncağın keçirilməsində əsas məqsəd Qaşqay mədəniyyətini dünya ictimaiyyətinə tanıtdırmaq, xaricdəki qaşqay uşaqlarını öz doğma adət-ənənəsi ilə tanış etmək və xaricdə yaşayan Qayqay türkləri arasında birlik yaratmaqdır.
Qaşqay türkləri İranda “Qaşqay yurd” adlanan bölgədə yaşayır, bu bölgə Kohgiluye və Boyr Əhməd, Çahar-Mahal Bəxtiyari, İsfahan, Fars və Buşəhr əyalətlərinin müəyyən hissələrini əhatə edir. İranda Qaşqay türklərinin sayı barədə dəqiq məlumat yoxdxur, lakin onların 2-3 milyon nəfər olduğu ehtimal edilir.

ATO.AZ

About ato.az

Check Also

14356442685592316c17a5b

Çin uyğur türklərinin nəslini tükədir – DƏHŞƏTLİ İŞGƏNCƏLƏR – FOTO

Share this on WhatsAppÇin 10 milyon uşağı ana bətnində qətlə yetirib Dünyada ən böyük vəhşilik …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *