Home / Türk Dünyası / Recep İvedik Recep Tayyipə qarşı..
598570090f25440bf8601e91

Recep İvedik Recep Tayyipə qarşı..

AK Partiya Mərkəz Qərar və İdarə Heyətinin üzvü və İctimai Nəzarət Platformasının başçısı Ayhan Oğanın “CNN Türk”də yayımlanan “Türkiyənin Gündəmi” proqramında “İndi biz yeni bir dövlət qururuq, bəyənin, bəyənməyin, bu yeni dövlətin qurucu lideri Tayyib Ərdoğandır” açıqlaması müzakirələrə səbəb olub. Ayhan Oğanın bu fikrinə növbəti reaksiya Türkiyənin məşhur komediya ustası Şahan Gökbakardan gəlib. Belə ki, o, sosial media hesabından Atatürkün TBMM-nin qarşısında çəkilmiş bir fotoşəkilini paylaşıb.
Ato.az xəbər verir ki, məşhur komedi ustası şəkilin altında “Türkiyə Respublikasının qurucu lideri Mustafa Kamal Atatürkdür” qeydini yazıb.
“Kim qurdu bu dövləti? Atatürk. Türkiyə Respublikası 29 oktyabr 1923-ci ildə Respublikanın elanı ilə rəsmi olaraq qurulmuşdur. Qurucu lideri Mustafa Kamal Atatürkdür. Şəkildə görülən arxadakı TBMM isə Türkiyə Respublikasının günümüzün siyasətçiləri seçki üsuluna görə, xalqın seçimilə siyasət apararaq iqtidara gəlib, dövləti idarə edir. Hansı dövləti? Türkiyə Respublikası dövlətini. Kim qurdu bu dövləti? Atatürk. Anlaşıldısa, başqa mövzuya keçək”,- deyə Rəcəb İvedik kimi tanınan aktyor vurğulayıb.

ATO.AZ

About ato.az

Check Also

14356442685592316c17a5b

Çin uyğur türklərinin nəslini tükədir – DƏHŞƏTLİ İŞGƏNCƏLƏR – FOTO

Share this on WhatsAppÇin 10 milyon uşağı ana bətnində qətlə yetirib Dünyada ən böyük vəhşilik …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *