Home / Bilirsinizmi? / Nebqədər ki, Qarabağ müharibəsi var, Rusiya… – Politoloq
timthumb

Nebqədər ki, Qarabağ müharibəsi var, Rusiya… – Politoloq

Dünyanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında Rusiyanın müstəsna rolu var və ABŞ hazırda məhz bu rolu azaltmaq üçün əlindən gələni edir.

Ato.az  bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bunun Avropanın xoşuna gəlmədiyini bildirib:

“Trampın prezident seçilməsində Rusiyanın müstəsna rolu irəli sürülsə də, Tramp hələ ABŞ demək deyil. Məlum məsələdir ki, Trampın qoyduğu məsələlər Senatda və Nümayəndələr Palatasında birmənalı qarşılanmır. Dünya enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında Rusiyanın müstəsna rolu var və ABŞ hazırda məhz bu rolu azaltmaq üçün əlindən gələni edir. Bu isə Avropanın xoşuna gəlmir və Qərbi ABŞ-a qarşı müəyyən addımlar atmağa vadar edə bilər”.

Politoloqun sözlərinə görə, nə qədər ki, Ukrayna, Dnestryanı və Dağlıq Qarabağ kimi müharibə ocaqları var, ABŞ-Rusiya gərginliyi səngiməyəcək:

“Böyük güclərin maraqları toqquşduqda təbii ki, bu, digər dövlətlərə də təsirsiz ötüşmür. ABŞ-ın bu gün Rusiyanı özünə bir nömrəli düşmən elan etməsi Rusiya ilə əlaqəli dövlətləri də təhlükəyə ata bilər”.

A.Nağıyevin fikrincə, iki dünya nəhəngi arasındakı münaqişə Dağlıq Qarabağ probleminin həllini ləngidir:

“Hər iki dövlət ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Münasibətlərin bu həddə çatması hərbi, iqtisadi və siyasi cəhətdən ölkəmizdən də yan keçmir. Üstəlik, NATO ilə Rusiyanın sərhədi Türkiyə-Ermənistan sərhədindən keçir. Bundan başqa, İran və Azərbaycanın sərhədi də Dağlıq Qarabağdan keçir. Rusiya hazırda çox çalışır ki, buraya nəzarət etsin. Hər iki amil də prosesə mənfi təsir göstərir”.

About admin

Check Also

31218570_575967129427298_228850954340925440_n

Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu

Share this on WhatsAppYerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb. Ato.az  xəbər verir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *