Home / Türkün Tarixi / Ayrımlar kimlərdirlər?
Screenshot_2017-08-07-22-22-12-1

Ayrımlar kimlərdirlər?

Ayrım və ya Ayrum (digər variantları Eymur, Arum, Imer, Imir) — qədim türk
tayfasının, Kiçik Qafqazda yaşamış azərbaycanlıların qədim etnoqrafik adıdır. Onların məskun olduğu ərazi Ayrım mahalı adlanırdı. Bir fikrə görə Teymur Ankara vuruşmasından (1402) sonra Türkiyə ərazisindən köçürdüyü 50 min ailəni Gəncə, Qarabağ və indiki Ermənistanda yerləşdirmiş, onlar sonralar ayrım adı ilə tanınmışdır. Gəncə xanı Cavad xanın general Knorrinqə yazdığı məktubda ayrımlar Gəncə xanlığının qədim elatı adlandırılır. XVII əsrdə ayrımların bir hissəsi Irana keçərək şahsevənlərə qarışmışdır.
Eymur sözü ilə bağlı coğrafi adlar
Tarixi Qarabağın ərazisində vaxtilə məskunlaşmış türk mənşəli tayfalardan biri də aynmlardı (bu böyük nəslin davamçıları indi də durur). Onlar Daşkəsən bölgəsi daxil olmaqla Ağstafa çayının hövzəsinə qədər ərazidə yaşamışlar. Eymurların əcdadları Kiçik Asiya türkləri olmuşlar.Ayrı-ayrı məkanlarda məskunlaşdıqlarma görə onlara ayrım demişlər (Q.Qaraqaşlı). Qazax bölgəsində Qoşqar və Kəpəzdağ ətəklərinə köçən eymurların nəsil davamçıları indi də yaşayırlar. XVI əsrdə eymurlar iki hissəyə bölünmüşlər; bir qismi Güney Azərbaycana köçmüş və burada Şah Abbası dəstəklədikləri üçün “Şahsevən” adlandırılmışdır. Digər qismi köhnə yerində qalıb onlardan yeni nəsillər törəmişdir; aynm, saatlı, qazaxlı və yaxud çolaxlı. Rusiya imperiyası dövründə Gəncə bölgəsi Yelizavetpol adlandırılan vaxtda burada 6 mahalda azər türklərilə yanaşı, eymurlar da yaşayırdılar. Cavanşir uyezdində Ayrım və Saatlı, Qazaxda Boyanis – Aynm, Şinik-Ayrım, Cavad uyezdində Çolaxlı adlı kəndlərdə ayrımlar yaşayırdılar. Ayrımlar tərəfindən Əmirvar, Acı, Birkəz, Dəstəfur, Damcılı, Zaha dərəsi, Güneydam kəndləri salınmışdır.
Eymur tayfasına mənsub olan bu adla bağlı meydana gəlmiş coğrafi adlardan biri Azərbaycanın Ağdaş rayonundakı
Eymur kəndidir. Qazax rayonundakı
Quşçu Ayrım , Tovuz rayonundakı
Mollaayrım, Ermənistandakı Ayrum ,
Ayrum Mets , Ayrum Pokr,
Gürcüstandakı Imera, Imira , Imirasani (Imir Həsənli) kimi coğrafi adlar bu toponimin müxtəlif variantlarıdır.
Zaqafqaziyanın tarixi toponimiyasında da Şinix Ayrum, Polad Ayrum və Ayrum adlı yaşayış məntəqələri olmuşdur.
Türkiyənin müasir toponimiyasında da Eymur adını daşıyan yetmiş iki coğrafi adın olması bu tayfanın geniş sahədə ictimaisiyasi fəaliyyət göstərdiyinə dəlalət edir. Türk dillərinə, o cümlədən
azərbaycancaya xas olan metateza hadisəsinə görə Eymur sözünün Ayrum (Eyrum) şəklinə düşməsi təbiidir. Beş fonemdən ibarət olan bu sözün üçüncü foneminin “m” fonemi ilə beşinci fonemin -“r” bir-birini əvəzləməsi hadisəsi aşkarlanır. Ayrum (Eyrum) etnoniminin Eymurdan əmələ gəldiyi ədəbiyyatda qeyd edilmişdir. Eymur coğrafi adının Imer, Imir şəkilləri də geniş yayılmışdır. Türkmənistanda Ilyalı rayonunda yaşayan Imrəli (variantları: Imr, Emheli, Avmur) tayfalarının da eyni ayrum tayfasından olması aydın nəzərə çarpır. Imir antroponiminin türkdilli arealda yayılması da müşahidə olunur. Mövlüd Süleymanlının “Köç” əsərinin qəhrəmanlarından birinin adı Imirdir və əsər əslində eymur tayfasına həsr olunmuşdur.
Mahmud Kaşğarinin “Divanu luqat it-türk” əsərində Oğuz sözünün izahı ilə əlaqədar olaraq Eymurlara dair aşağıdakı məlumat verilir: “Oğuz türklərin bir qəbiləsidir. Oğuzlar türkməndir. Onlar iyirmi iki uruqdur (nəsildir). Onların hər birinin özünəməxsus nişanı, mallarına xas damğası vardır ki, uruqları bu damğalara görə ayırırlar.
Oğuz etimologiyası baxımından böyük dəyərə malik olan “Tarixi–mübarək şah”da (1206) da, digər oğuz tayfaları ilə yanaşı eymurlərin adı çəkilir. Türk və monqol tayfaları haqqında geniş məlumat vermiş Rəşidəddin Dağ xanın oğlu Oğuz xanın nəvəsinə aid etdiyi adı Eymur şəklində qeyd edir. Eyni zamanda bu sözün çox yaxşı və dövlətli adam mənasını ifadə etdiyini bildirir.
Ermənistan ərazisində AYRIM- Noyemberyan və Tumanyan rayonlarında kənd adları, BÖYÜK AYRIM- Tiflis quberniyasının Borçalı qəzasında (indi Ermənistanın Tumanyan rayonunda) kənd adıdır. IMIRLI – Irəvan quberniyasının
Eçmiədzin qəzasında kənd adı olmuşdur. “Kiçik Qafqazda və Qazax qəzasında səpələnmiş ayrımlar Ağsaq Ayrum, Quşçu Ayrum, Baqanis Ayrum, Dadanis Ayrum, Polad Ayrum və başqa qollara bölünmüşlər” Eymurlar Azərbaycan Respublikasının qərb regionunda məskunlaşan əhalidir. Daha çox Tovuz və Qazax rayonlarında yaşayırlar.

ATO.AZ Tarix Otağı

About ato.az

Check Also

32748936_10160441759050010_2644890802756517888_n

Hüseyn Cavidə həsr olumuş unudulmaz ədəbi gecə keçirildi – FOTO

Share this on WhatsAppDünən Dövlət İncəsənət Muzeyində Azərbaycan xalqının böyük oğlu, şair, dramaturq, görkəmli mütəfəkkir, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *