Home / Qutlamalar / Minskdə Azərbaycan mədəniyyət günləri keçiriləcək
W1siZiIsIjIwMTcvMDgvMDkvMTEvMjQvNDIvNjUxL2FhOGI5ZjYwMTQwZTRiMDVjMDg4ZjU1MDJhZDFlY2Y1LmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d

Minskdə Azərbaycan mədəniyyət günləri keçiriləcək

Avqustun 12-də Belarusun paytaxtı Minskdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək.
Ato.Az AZƏRTAC- a istinadən xəbər verir ki, bu barədə Minsk Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Yuxarı Şəhərdəki meydanda keçiriləcək tədbiri Minsk Şəhər İcra Hakimiyyəti və Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi təşkil edəcək.
Mədəniyyət günlərində “Qafqaz əfsanələri” və “Sarı gəlin” kollektivləri, müxtəlif musiqi müsabiqələrinin iştirakçıları çıxış edəcəklər.
Tədbirdə rəqs üzrə ustad dərsləri keçiriləcək, milli mətbəximizdən təamlar hazırlanacaq, Azərbaycan məhsullarının sərgi-satışı təşkil ediləcək.

ATO.AZ

About ato.az

Check Also

telequlle

Gürcüstan Azərbaycanı belə təbrik etdi – Foto

Share this on WhatsApp Gürcüstanın paytaxtı Tiflisdə yerləşən televiziya qülləsi Azərbaycanın dövlət bayrağı rəngində işıqlandırılıb. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *