Home / Acun ( Dünya ) / “Sosial media dilinə “dayan” deməyin vaxtı çatıb” – Binəli Yıldırım
yildirim_27476567

“Sosial media dilinə “dayan” deməyin vaxtı çatıb” – Binəli Yıldırım

Sosial media dilinə “dayan” deməyin vaxtı çatıb.

Ato.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib: “Təəssüf ki, sosial media dili gənclərimiz arasında qəbul edilmiş bir yazı, danışıq dilinə çevrilir. Mənasız qısaltmalar, yersiz əcnəbi sözlər, cümlələr getdikcə adi hal alır. Dilimizi qısırlaşdıran, nəsillər arasındakı əlaqəni yox edən, türkcəyə deyil, əcaib bir dilə oxşayan bu çürüməyə artıq “dayan” deməyin vaxtı çatıb”.

B.Yıldırım bildirib ki, milli səfərbərlik ruhunda çalışaraq gənclərə sözün, dilin dəyərini ən yaxşı şəkildə anlatmaq lazımdır.

About ato.az

Check Also

15256509435864750657_1000x669 (1)

Missisipidə Azərbaycan Günü – FOTO

Share this on WhatsAppMissisipi ştatının paytaxtı və ən böyük şəhəri olan Cekson şəhərinin meri Çokve …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *