Home / Bilirsinizmi? / İsrailli jurnalistin özünüifşası – Melman ermənilərin toruna necə düşdü?
yosi

İsrailli jurnalistin özünüifşası – Melman ermənilərin toruna necə düşdü?

Artıq bir neçə gündür ki, İsrail və Cənubi Qafqazın informasiya məkanlarını  “Maariv a-Şavua” nəşrinin müxbiri Yosi Melmanın ölkəsinin “Aeronautics” şirkətinin Azərbaycandakı insidenti ilə bağlı xəbəri gündəmi zəbt edib.

Aro.az-ın News.az-a istinadən verdiyi məlumata görə, digər internet mətbu orqanları bu məlumatı maraqla izləsələr də, bu xəbərə dair heç bir müstəqil tədqiqat aparılmayıb. Onlar ancaq xəbərin mənbəyi olan “Maariv”ə istinad ediblər. Əgər onlar bir az səy göstərib tədqiqat aparsaydılar, o zaman aşkar edərdilər ki, Azərbaycan və İsrail şirkətinin adları hallandığı bu hekayə əvvəldən sonadək cəfəngiyyat olub.

Məqalənin müəllifi Yosi Melman dünyada ən məşhur israilli jurnalistlərdən biri, bir çox jurnalist təhqiqatları və kitabların müəllifi olsa da, pulun qarşısında aciz qalıb dözməyən zəif insan imiş. O, 20 ildən çox bir müddət ərzində çalışdığı “Haaretz” qəzetindən istefaya göndərilib. O, həmin aqibəti cəmi il ərzində əməkdaşlıq etdiyi  “Walla” nəşri ilə də yaşayıb. Səbəb onun böyük həcmdə rüşvətlər götürməsi barədə məlumatların üzə çıxmasıdır.

Jurnalistika sahəsində işlədiyi müddət ərzində o, jurnalistikanın əsas tələblərindən bir neçəsini pozub – sosial məsuliyyət, prinsipiallıq, qiymətləndirmədə qərəzsizlik, həqiqəti müdafiə etmək bacarığı.

Məlumdur ki, qədim alban kilsəsinin irs və mülki əsasında yaradılan erməni apostol kilsəsinin Qüdsdəki patriarxı İsraildə böyük nüfuz və var-dövlətə sahibdir. Başda  Ermənistanın İsrail və Misirdəki diplomatik nümayəndəliklərinin rəhbəri Armen Melkoyan və İsraildə 10000 nəfərlik erməni lobbisinin səyləri nəticəsində Azərbaycana nifrət edən və qəti tənqid edən jurnalist “düzəldiblər”.

Bir müddət əvvəl “The Armenian Interest” nəşrində Y.Melman Ermənistan nümayəndələrinə təklif edib ki, İsrail guya Ermənistanla əməkdaşlıq etmək üçün yetişib, lakin təşəbbüs qarşı tərəfdən gəlməlidir. Xarici siyasətdən və güclərin nisbətindən başı bir az da olsa, çıxan adam anlayır ki, adıçəkilən qüvvələr nə qədər çalışsa, sərmayə sərf etsə də, Azərbaycan-İsrail arasındakı dostluq münasibətlərinə təsir etmək üçün çox zəifdir.

About ato.az

Check Also

mudafie nazirliyi7

Erməni hərbçini biz vurmamışıq – Müdafiə Nazirliyi açıqlama yaydı

Share this on WhatsAppAzərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *