Home / Acun ( Dünya ) / Şimali Koreya barəsində heyrətamiz faktlar — prezident peçenyedən qorxur
IMG-20170827-WA0012

Şimali Koreya barəsində heyrətamiz faktlar — prezident peçenyedən qorxur

1. Bu ölkədə qadınlar üçün 20, kişilər üçün 10 saç modeli təsdiq edilib. Bu modellərdən fərqli saç düzümü etdirmək qadağandır.
2. Şimali Koreyada hazırda 2016-cı deyil, 105-ci ildir. Ölkənin liderlərindən olmuş Çuçxe Kim İr Senin doğum günü bu ölkənin təqviminin başlanğıcı elan edilib.
3. Ölkənin ən məşhur 24 mərtəbəli Rüqen otelinin çox mərtəbəsi boş qalır. Ölkəyə gələn rəsmi qonaqlar hesabına bu oteli otel adlandırmaq olar.
4. Ölkədə çoko-pay peçenyeləri qadağan olunub. Səbəb çox gülüncdür. Peçenyelər o qədər çox sevilir ki, hökumət xalqın onları dövlət başçısından daha çox sevəcəyini və bunun üsyana səbəb olacağını düşünüb.
5. Ölkədə cins geyinmək qadağan edilib. Amerikanı xatırlatdığı üçün.
6. Bu ölkədə 3 nəsil öncədən həbsxanaya düşmək olar. Babaların cəzasını nəvələr həbsxanada yaşamaqla çəkir.
7. Şimali Koreyada həddən artıq az elektrik enerjisi istehsal olunur. Kosmosdan baxanda Şimali Koreya gecələri böyük qara dəlik kimi görünür.
8. Kim Çen İrin ölümündən sonra ölkə əhalisi 1 il “yas”dan çıxa bilmədi, hər kəs hər yerdə gözü yaşlı görünməyə məcbur idi.
9. Evlərdə və iş yerlərində dövlət radiosunun söndürülməsinə icazə verilmir. Səsini almaq olar, söndürmək olmaz.
10. Bu ölkədə bütün müəllimlər akkardionda ifa etməyi bacarmalıdır.
11. 2015-ci ilin avqust ayında ölkədə saatlar bir saat irəli çəkildi. Yaponiya və Cənubi Koreya ilə eyni paraleldə olmamaq üçün.
12. Alimlər iddia edirlər ki, əfsanəvi tək buynuzlu atın sümüklərini bu ölkədə tapmaq olar. Axı bura Kim Çin Irın vətənidir.
13. Bu ölkədə koka-kola ala bilmərsiz. Çünki yoxdur.
14. Şimali Koreyada internet yoxdur, əvəzinə 5 saytdan ibarət milli Kvanmyon mövcuddur. Bu saytlar da yalnız ölkə liderinə xidmət edir.
15. 1969-cu ildə əsir götürülmüş Amerika gəmisi muzey kimi istifadə olunur.

About admin

Check Also

mudafie nazirliyi7

Erməni hərbçini biz vurmamışıq – Müdafiə Nazirliyi açıqlama yaydı

Share this on WhatsAppAzərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçisinin yaralanması barədə Ermənistan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *