Home / Bilirsinizmi? / Ermənistanlı hərbi qulluqçu Artur Bağdasaryanın vəhşicəsinə döyülməsi gizlədilir
ermeni

Ermənistanlı hərbi qulluqçu Artur Bağdasaryanın vəhşicəsinə döyülməsi gizlədilir

Avqustun 27-də işğal edilmiş Ağdərə istiqamətində yerləşən Ermənistan ordusunun təlim mərkəzində insident baş verib. Poliqonun hərbi qulluqçusu Artur Bağdasaryan xidmət yoldaşları tərəfindən vəhşıcəsinə döyülüb.

Ato.az  Ermənistan mətbuatına istinadən xəbər verir ki, üzərində çoxlu döyülmə izləri olmasına və müxtəlif dərəcəli bədən xəsarətləri almasına baxmayaraq komandiri  A. Bağdasaryanın hospitala yerləşdirilməsinə icazə verməmiş və baş vermiş olayın gizlədilməsi üçün lazım olan bütün tədbirlər görülüb. Kazarmada müxtəlif bəhanələrlə saxlanılan hərbi qulluqçunun sağalana qədər valideyinləri ilə görüşməsinə də imkan verilmir.

Qeyd edək ki, Ermənistan ordusunun işğal edilmiş ərazilərimizdə yerləşən hissələrində son iki ay ərzində 10-dan çox nizamnamədən kənar münasibətlər zəminində cinayət hadisəsi baş vermişdir. Belə hadisələr zaman ən çox  xəsarət alanlar isə gənc əsgərlər, xusisilə də Ermənistandan Qarabağa gətirilənlərdir.

About admin

Check Also

image-136

Güneyli fədakar öldü

Share this on WhatsApp55 il öncə belə bir soyuq payız günündə Güney Azərbaycanın Miyana bölgəsində …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *