Home / Dahilər / “KQB” Şıxəli Qurbanovu Novruza görə öldürtdü, yoxsa?.. – TARİX
image-38

“KQB” Şıxəli Qurbanovu Novruza görə öldürtdü, yoxsa?.. – TARİX

“Onu öldürüblər ki, xalq azadlıq barədə düşünməyə cəsarət etməsin…”
Azərbaycanda Novruz bayramının sovet dövründə rəsmi olaraq ilk dəfə 1967-ci il martın 21-də görkəmli dövlət xadimləri Şıxəli Qurbanovun rəhbərliyi, Vəli Məmmədovun təşkilatçılığıyla keçirilmişdir.
Təəssüf ki, nə Şıxəli Qurbanova, nə də Vəli Məmmədova Azərbaycanın müstəqilliyi illərindəki Novruzları yaşamaq qismət oldu. Hər iki millət fədaisi elə Kreml imperiyapərəstləri və onların Azərbaycandakı ermənipərəst əlaltıları vasitəsilə qətlə yetirildi. Şıxəli Qurbanov 50 il öncəki məşhur Novruz təntənəsindən cəmi 2 ay sonra -1967-ci il mayın 24-də dişlərinin müalicəsi zamanı həkimin vurduğu iynədən sonra həlak oldu.
Vəli Məmmədov isə 1991-ci il noyabrın 20-də Qarabağ səmasındakı məlum vertolyot faciəsində digər dövlət xadimləri ilə birgə terror qurbanı olaraq dünyadan köçdü…
Gülnarə Qurbanova:”Atama sianid turşusu vurublar…”
Şıxəli Qurbanovun qızı sabiq millət vəkili Gülnarə Qurbanova da müsahibələrində atasının məqsədyönlü şəkildə öldürüldüyünü iddia edir: “Aydın məsələdir ki, Şıxəli Qurbanovu öldürüblər. Məlum oldu ki, həkimlər ona sianid turşusu vurublar…” Bu zəhərdən ölən insanın məhz zəhərləndirilərək öldüyünü isbat etmək olmur. Yəni orqanizmdə izi qalmır…
Tahir Cəfərli:” Bu, azadlığa doğru atılan ilk addım idi…”
Tanınmış siyasi analitik və yazar Tahir Cəfərli özünün rus dilində nəşr olunmuş “Öncəgörən” romanında rəhmətlik Şıxəli Qurbanovun 1967-ci il martın 21-də təşkil etdiyi Novruz bayramını belə xatırlayır:
”… Bu bayramı təşkil edən insan öz xalqının əsl oğlu, onun yolgöstərən nurlu simasıdır. Xalq bunu anlayır və bu tədbirdə iştirak etməyi özünə borc bilirdi. Bayram təxminən saat 6-da başladı. Şəhərin baş küçələrindən gül-çiçəklə bəzədilmiş faytonlarda Bahar qızının başçılığıyla karvan keçirdi… Təbii ki, həmin küçələrdə o qədər adam var idi ki, iynə atsan – yerə düşməzdi. Faytonların ardınca musiqiçilər və uşaqlar gedirdi. Onların hay-küyü Bahar Qızının yaxınlaşmasından xəbər verirdi. Xalq bayram karvanını alqışlarla salamlayırdı. Hamı xoşbəxt idi. İnsanların qəlbində gələcəyə inam yaranmışdı. Bu, azadlığa doğru atılımış ilk addım idi. Novruz karvanı müəyyən olunmuş marşrutla hərəkət edərək axşam saat 8 radələrində qarşısında nəhəng insan kütləsinin toplaşdığı Qız Qalasına yaxınlaşırdı. Xalq Bahar Qızını sürəkli alqışlarla qarşılayırdı…”
Tahir Cəfərli romanında 1960-1970-ci illərin Azərbaycan gəncliyini təmsil edən qəhrəmanları vasitəsi ilə Şıxəli Qurbanov öldürüldükdən sonra xalqda yaranmış əhvali-ruhiyyəni də ustalıqla qələmə alır.
“Deyirlər ki, həkim dişini çəkib, o da ölüb…”
1967-ci il mayın son günlərində son zəngi keçirməyə hazırlaşan 10-cu sinif şagirdləri müzakirələr zamanı dostlarından birinin gəlmədiyini görərək narahat olurlar. Nəhayət, o, çox qəmgin və pərişan bir halda gəlib çıxır:
“-Nə baş verib, Siyavuş? Sənə nə olub? –deyə qızlar soruşdu.
-Onu öldürdülər…
-Kimi öldürdülər?
-Şıxəlini öldürdülər…
-Hansı Şıxəlini?
-Qurbanovu…
-Novruz bayramını təşkil edəni?
-Bəli, onun özünü…
-Araya sakitlik çökdü. Hamı susurdu. Heç kəs nə deyəcəyini bilmirdi.
-Dayan görüm, bu necə baş verib?-deyə Aslan soruşdu.
-Deyirlər ki, diş həkimində olub… Həkim onun dişini çəkib. O da ölüb…
-Necə? Necə? Onun dişini çəkiblər, o da ölüb? Belə şey ola bilməz!- Gülər coşdu.
-Hamı deyir ki, onu öldürüblər. Öldürüblər ki, bir daha biz Novruz keçirməyək…
Şıxəli Qurbanovla vida günləri fəhlələr işə çıxmadılar…
İstedadlı yazıçı və görkəmli siyasi xadim Şıxəli Qurbanovun ölüm xəbəri respublikanın bütün guşələrinə yayıldı. Hər yerdə, hər yanda bu barədə danışırdılar. Xalq ruh düşkünlüyünə qapılmışdı. Heç kəs nə edəcəyini bilmirdi. Lakin bir məsələdə hamının fikri yekdil idi: Şıxəlini öldürmüşdülər.
Azərbaycan xalqının düşmənləri öldürmüşdülər…
Bir neçə gündən sonra Şıxəli Qurbanovun cənazəsi vida üçün Dzerjinski klubunda(indiki Şəhriyar adına mədəniyyət mərkəzi-S.L.), keçmiş Katolik kilsəsində qoyuldu. Həmin gün bir çox zavod və fabriklərdə fəhlələr işə çıxmadılar, şagirdlər məktəbə getmədilər. Universitet və institutlarda az tələbə olurdu. Hamı, özünə hörmət edən hər bir azərbaycanlı əsl Azərbaycan oğlunu sonuncu mənzilə yola salmağa axışırdı…
Bura gələn hər kəs bilirdi ki, onu öldürüblər. Öldürüblər ki, xalq azadlıq barədə düşünməyə cəsarət etməsin. Onu “ağ xalatlı” əclafların əli ilə öldürüblər…”
Şıxəli Qurbanov sonuncu mənzilə necə yola salındı? Görkəmli dövlət xadiminin ölümü ilə bağlı məhkəmə prosesi necə keçirildi və hansı qərarla nəticələndi? Şıxəli Qurbanovun silahdaşı Məsud Əlizadə niyə və necə öldürüldü?
Ardını bu mövzudan oxuyun

image-36

image-37

 

ATO.AZ Tarix Ocaği

About ato.az

Check Also

image-61

25 il bundan əvvəl bir söz demişəm. İndi də deyirəm…

Share this on WhatsAppDünyada yeganə millətik, müəllimlərə pul veririk ki, bizi öyrətməsin. Xahiş edirəm, al …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *