Home / Bilirsinizmi? / General Həzi Aslanovu Bakıda mühasirəyə alıblar
206927_res_01

General Həzi Aslanovu Bakıda mühasirəyə alıblar

İki dəfə Sovet İtifaqı qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru, Böyük Vətən müharibəsində komandanlıq etdiyi 55-ci əlahiddə tank alayı (daha sonra 35-ci qvardiya tank briqadası)  ilə misilsiz qəhrəmanlıqlar göstərən Həzi Aslanov bilsəydi ki, bir vaxt gələcək onu Bakıda dönərxanalarla və çayxanalarla “mühasirəyə alacaqlar”, yəqin bu dərdə dözməzdi…

Bəli, biz “mühasirə” sözünü təsadüfən işlətmədik. Çünki azərbaycan xalqının bu qəhrəman oğlunun şücaətləri haqda müharibə tarixini araşdıranlar hələ də heyrətlə bəhs etdikləri bir vaxtda Bakının Xətai rayonu ərazisində onun büstünün qoyulduğu parkdan demək olar əsər-əlamət qalmayıb.

Ato.az bildirir ki, parkın ərazisi illər boyu kəsilib satılmaqdan kiçilib, hazırda qəhrəmanın büstü adına “park” deyilən bu yerdə, 5-6 ağacın əhatəsində hər tərəfdən dönərxana və çayxanalarla mühasirəyə alınıb.

Bəs qəhrəmanın xatirəsinə bu nə münasibətdir? Doğrudanmı Bakıda generalın adına layiq olan başqa park, məkan qalmayıb ki, onun büstünü bu cür yöndəmsiz vəziyyətə salınmış parkda qoyublar?

Məlum məsələdir ki, Həzi Aslanov parkının ərazisinin satılması birdən-birə baş verməyib. Bu, illər əvvəldən başlamış prosesdir. Parkın ərazisinin müxtəlif kommersiya obyektlərinin tikintisi üçün ayrılmasının nə dərəcədə qanuni olduğu bir kənara qalsın, aidiyyatı orqanlar Həzi Aslanovun xatirəsinə heçmi hörmət qoymayıblar və onun büstünün qoyulduğu parkın bu günə salınmasına necə göz yumublar?

Həzi Aslanovun yaxınlarının redaksiyamıza təqdim etdiyi fotoşəkillərdən məlum olur ki, generalın büstünün ətrafında iaşə obyektləri 2009-cu ildən bəri xeyli artıb, parkın ərazisi ildən ilə daralıb. Rəşadətli generalın büstü ətrafdakı obyektlərdən görünməz olub.

General Həzi Aslanov, sağdan 3-cü

Generalın xatirəsinə bu cür münasibətlə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon Təsərrüfat Şöbəsinin müdiri Hüseyn Abbasov virtualaz.org-a açıqlamasında parkda abadlıq işləri aparıldığını və parkla bağlı hər hansı şikayət, narazılıq daxil olmadığını dedi: “Biz 2006-cı ildən işləyirik və Həzi Aslanov parkı elə o vaxtdan belə idi. Biz hər il parkda abadlıq işləri görürük, ağac, güllər, çiçəklər əkirik. Hər il 9 may günündə həmin parkda rayon ictimaiyyətinin iştirakıyla tədbir keçiririk. Pakla bağlı narazılıqdan bizim xəbərimiz yoxdur, əgər hər hansı narazılıq varsa, bizə ərizə ilə müraciət eləsinlər, tədbir görək”, – deyə icra rəsmisi bildirdi.

Həzi Aslanovun yaxınları isə deyirlər ki, onun büstünü adına layiq olmayan bu cür məkandan götürsələr daha yaxşı olar. Ya şəhər İcra Hakimiyyəti qəhrəmanın xatirəsinə başqa yerdə park salıb büstü orada qoya bilər, ya da hazırda onun adını daşıyan bu parkdan götürə bilər, əgər azərbaycan xalqına daha belə qəhrəmanlar lazım deyilsə…

Hansı ki, azərbaycan gənclərinin indi məhz bu cür qəhrəmanlardan nümunə götürməli olduğunu izah etməyə ehtiyac yoxdur. Torpaqlarının 20 faizi işğal altında olan ölkədə Həzi Aslanovun şücaətlərini təkrarlamağa hazır olan sərkərdələrin yetişməsini stimullaşdırmaq üçün onun təbliğatını bu cür qurmaq, xatirəsinə bu cür münasibət göstərmək nə dərəcədə düzgündür?

 

About admin

Check Also

4-54

Ermənistan üçün kritik saat açıqlandı – Kremlin adamı danışıqlara başlayır: SON ÜÇ TƏLƏB

Share this on WhatsAppSerj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının lideri, Vətəndaş müqaviləsi” …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *