Home / Acun ( Dünya ) / Rusiya ABŞ-a “od püskürdü”: Sizinki artıq həyasızlıqdır
411668995

Rusiya ABŞ-a “od püskürdü”: Sizinki artıq həyasızlıqdır

Rusiyanın San Fransisko şəhərindəki Baş konsulluğunun bağlanması həyasızlıqdır və dövlətimiz buna uyğun cavab verəcək.

Ato.az bildirir ki, bu barədə Rusiya Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini Andrey Klimov açıqlama verib. Məlumatı Sputnik RİA xəbər agentliyinə istinadən yayıb.

“Amerikanın bu addımı həyasızlıqdır. Bunu heç nə baş verməmiş kimi sakit qəbul etmək olmaz. Cavab addımları atmaq üçün gücümüz və sağlam düşüncəli insanlarımız var” — Klimov qeyd edib.

“Kreml ABŞ-ın San-Fransiskodakı Rusiya Baş konsulluğunu bağlamaqla bağlı qərarına reaksiya verəcək”. Bunu isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz bu barədə notanı dünən almışıq, hazırda bununla məşğuluq. Ətraflı təhlildən sonra reaksiya verəcəyik” — deyə nazir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışında bildirib.

Xatırladaq ki, avqustun 31-də ABŞ Dövlət Departamenti Rusiyadan, sentyabrın 2-dək bu ölkənin San-Fransiskodakı Baş konsulluğunu bağlamasını tələb edib

About admin

Check Also

3

Ən yeni Rusiya hərbi texnikası Azərbaycanda – FOTO + VİDEO

Share this on WhatsAppAzərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən, Rusiya istehsalı olan …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *