Home / Gündəm / Karapetyan qalib gəlir: Sərkisyanın uğursuz cəhdləri
serkisyan-serj

Karapetyan qalib gəlir: Sərkisyanın uğursuz cəhdləri

Rusiyada başa düşürlər ki, Ermənistanın qərbyönümlü siyasətinin sonu yoxdur və İrəvan Moskvanın ətrafından uzaqlaşa bilməz.

Ato.az  xeber verir ki, bu barədə Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib. Ekspert deyib ki, Ermənistanın növbəti dəfə NATO təlimlərinə qatılması sadəcə daxili auditoriyaya hesablanıb:

“Ermənistan KTMT-nin üzvüdür və İrəvanın manevr imkanları burada da xeyli məhduddur. Sərkisyan çox gözəl başa düşür ki, heç cür NATO-ya inteqrasiya edə bilməz. Ermənistan növbəti dəfə NATO-nun təlimlərinə qatılmaqla guya təkcə Rusiya ilə deyil, NATO ölkələriylə də sıx hərbi-siyasi əməkdaşlıq niyyətində olduğuna dair görüntü yaradır”.

Politoloq vurğulayıb ki, Ermənistanın NATO təlimlərinə qatılması sadəcə daxili auditoriyaya hesablanıb. Erməni ictimaiyyəti isə ölkəsinin həqiqətən də NATO-ya doğru ciddi addımlar atmağa başladığına aldanıb. Rusiyada başa düşürlər ki, Ermənistanın qərbyönümlü siyasəti xətt yürütməsi cəhdinin anlamı yoxdur və İrəvan Moskvanın ətrafından uzaqlaşa bilməz”.

Politoloq bildirib ki, Sərkisyanın baş nazir olmaq ehtimalı azdır:

“Sərkisyanın məqsədi yaxın ətrafını siyasi rəhbərlikdə saxlamaqla öz maraqlarını qorumaqdır. O çalışır ki, bu prosesdə təkcə Rusiyaya yox, Qərbə də stavka etsin. Sərkisyan bu addımla erməni diasporunun rəğbətini qazanmağa çalışır. Ancaq yenə də son söz sahibi Rusiyadır və İrəvanın şansı çox azdır. Çünki hamı yaxşı başa düşür ki, nəticə etibarilə Ermənistanda kim hakimiyətə gəlsə, o, ilk növbədə Rusiyanın simpatiyasını qazanmalıdır”.

Şərhçinin sözlərinə görə, hazırda Ermənistanın Baş naziri Karen Karapetyanın mövqeyi daha möhkəm görünür: “Ermənistanda gedən bu çəkişmələr rejimin hakimiyyət mübarizəsidir, ancaq bundan real nəticə gözləmək çətindir”.

About admin

Check Also

ege-de-yeni-gerilim-sahil-guvenlik-kayaliga-10760599_1494_m

Yunanlar türk adalarına BAYRAQ SANCDI: komandolar HƏRƏKƏTƏ KEÇDİ – DƏHŞƏTLİ MÜHARİBƏ

Share this on WhatsAppEgey dənizində bir qrup yunanın qayalıqlara Yunan bayrağını sancması Ankara-Afina xəttində gərginliyi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *