Home / Tədbirlər / Türk dilində “Keçəl Oğlan” tamaşası – Tehranda
tamasha1

Türk dilində “Keçəl Oğlan” tamaşası – Tehranda

Tehranın Hünər Salonunda “Keçəl Oğlan” tamaşası təqdim olunacaq.

Ato.az Axar.az stinadən xəbər verir ki, bu sözləri Zəncan Əyaləti Səhnə Sənətləri Dərnəyinin rəisi Hüseyn Nəcəfi “Fars” xəbər agentliyinə deyib.

“Türk dilində hazırlanan tamaşanın rejissoru Həmidrza Qızılbaş, ssenari müəllifi isə Əlirza Fəridraddır. 18-ci Ənənəvi Tamaşalar Festivalı çərçivəsində səhnələşdiriləcək “Keçəl Oğlan” tamaşası sentyabrın 4-ü Təbriz vaxtı ilə saat 17:00 və 19:00-da Tehranın Hünər Salonunda nümayiş olunacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Pupək Teatr Qrupu “Keçəl Oğlan” tamaşasını ötən il Zəncan Əyaləti Səhnə Sənətləri Dərnəyi və Zəncan İncəsənət Hövzəsinin dəstəyi ilə istehsal edib. Tamaşa istehsal olduğu ildə Fəcr Teatr Festivalı, həmçinin əyalətdə keçirilən festivallarda səhnələşdirilib. Tamaşa bu il avqustun 6-dan 20-dək Zəncanın İmam Mədəniyyət Evinin Hünər Salonunda da nümayiş olunub. Tamaşaçıların böyük rəğbətini qazanan tamaşa son illərin izləmə rekordunu qırıb. Ato.az Zamir Göytürk.

About ato.az

Check Also

Tarihi ve doğal güzellikleri ile dikkat çeken Bartın'ın Amasra ilçesinin 9 günlük Kurban Bayramı tatili süresince yaklaşık 300 bine yakın ziyaretçi ağırlaması bekleniyor.  ( Faik Erez - Anadolu Ajansı )

Türkiyənin Qara dəniz bölgəsində yerləşən, 5 min illik tarixi olan Amasra qəsəbəsindən kadrlar

Share this on WhatsAppATO.AZ TƏQDİM EDİR: ATO.AZ Z.Göytürk Share this on WhatsApp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *