Home / Bilirsinizmi? / Atatürkdən rəssama irad: “Bu portreti kiməsə göstərmə”
i

Atatürkdən rəssama irad: “Bu portreti kiməsə göstərmə”

Ato.az  böyük hərbi strateq və dövlət xadimi Mustafa Kamal Atatürklə bağlı maraqlı xatirəni təqdim edir:
Ağır Sakarya vuruşmasından çətin qalibiyyətlə qayıdan Atatürk Türkiyə Böyük Millət Məclisində hesabat xarakterli çıxış edir, problemləri və qarşıdakı çətinlikləri göstərir. Əsas diqqət də ərzaq və maddi təminatın çatışmazlığına yönəldir. Sakaryadasa əsgərlərin və düşmənlərin qida çatışmazlığını diqqətə çatdırır. Amma buna baxmayaraq o, qalib gəlmişdi, məhz bu səbəbdən Məclisə bir rəssam daxil olur və Atatürkə ehtiram nişanəsi olaraq çəkdiyi tablonu  təqdim edir. Tablo Sakarya müharibəsini özündə əks etdirirdi. Burada Atatürk cüssəli, kök bir atın üzərində əzəmətli şəkildə dayanıb. Rəsm əsəri gözəl olduğundan salondakılar onu alqışlayır. Lakin Atatürk qəfildən rəssama deyir: “Bunu başqa kimsə görüb?
Rəssam “xeyr” deyəndə əlavə edir:
-Onda lütfən başqa heç kəsə göstərmə.
Rəssam tutulur nə deyəcəyini bilmir. Atatürk əlavə edir ki, rəsm kimi gözəl  sənət əsəridir. Amma burada at çox yaxşı , bəslənmiş həmçinin mən də çox gümrah və tox görünürəm. Amma vallahi, belə deyildi. Sakaryada atlar bir dəri, bir sümük, bizlər isə az qla çöpə dönən birisi idik. Bilirsənmi bu nə deməkdir?
Səhvini anlayan rəssam deyir:- bu rəsm Sakarya vuruşmasının dəyərini aşağı salan bir əsərdir.   Atatürk isə bu sözlərə yalnız gülümsəyir və rəssamın əlini sıxır.

About admin

Check Also

188547

Rusiyadan Ermənistana qarşı növbəti aşağılayıcı gediş –Ermənilər xofda

Share this on WhatsAppErmənistanın Gümrü şəhərində dislokasiya olunmuş 102-ci Rusiya hərbi bazasının bir qrup hərbçisinin …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *