Home / Bilirsinizmi? / İrəvan son anda hərbi təlimdən imtina etdi – Səbəb
ermenistan1

İrəvan son anda hərbi təlimdən imtina etdi – Səbəb

Ermənistan hakimiyyətinin son anda NATO-nun Gürcüstandakı növbəti hərbi təlimindən imtina etməsinin səbəbi aydındır: Moskva qadağan edib!
Bu sözləri politoloq Elxan Şahinoğlu İrəvanın NATO-nun Gürcüstandakı təlimindən imtinasını şərh edərkən vurğulayıb. Politoloq bildirib ki, Tiflisdən verilən məlumata görə, NATO-nun təlimlərində bir sıra dövlətlərlə yanaşı, Azərbaycan da iştirak edəcək:
“Əgər bu xəbər təsdiqini taparsa, Bakının doğru addım atdığını vurğulamalıyam. Ermənistandan fərqli olaraq, biz kimsənin diqtəsinə baş əyməməliyik, maraqlarımıza uyğun hərəkət etməliyik, doğru olan da budur”.
E.Şahinoğlu həmçinin qeyd edib ki, İrəvan bundan öncəki təlimlərdə iştiraka görə Moskvadan icazə almışdı. Ermənistan tamamən Rusiyadan asılı olduğundan bu ölkənin maraqlarına zidd addım ata bilməz.
Qeyd edək ki, Gürcüstanda NATO-nun “Agile Spirit 2017” (“Çevik ruh”) çoxmillətli hərbi təlimi sentyabrın 3-dən başlayıb və 11-nə qədər davam edəcək.

About admin

Check Also

oleg_kuznetsovvvvvv

Kuznetsovun ssenarisi: Qarabağ bu tarixdə azad edilir? – Şərh

Share this on WhatsApp Rusiyalı tanınmış tarixçi alim və analitik Oleq Kuznetsov rusdilli minval.az saytına …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *