Home / Acun ( Dünya ) / Vaşinqtonun Bakıya verdiyi Qarabağ mesajı… – Şərh
qabil_hseynli

Vaşinqtonun Bakıya verdiyi Qarabağ mesajı… – Şərh

Ato.az təqdim edir;
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi Moskvaya ciddi problemlər yaradacaq.

Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq hesab edir ki, Rusiyanın zəifləməsi Moskvanın Cənubi Qafqazdakı rolunu azaldacaq:

“Buna görə də Rusiyanın zəifləməsini və bölgədə təsirinin azalmasını gözləməliyik. Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatı fonunda Vaşinqtonun Bakıya verdiyi siyasi mesajlar Qarabağ məsələsinə yanaşma tərzinin ciddi surətdə dəyişdiyini göstərir. ABŞ Azərbaycanın ərazi bütövlüyünü ön plana çəkir. Bu baxımdan biz dünyada və beynəlxalq ictimai rəydə olan dəyişiklikləri ciddi izləməliyik. Yəni postsovet məkanındakı bütün münaqişlərə yanaşma tərzinin Dağlıq Qarabağ probleminə də tətbiq olunmasına nail olmalıyıq. Bu Bakının atacağı ilk addım olmalıdır. Hesab edirəm ki, bundan sonra Azərbaycan yeni taktikaya keçməli, ölkədə psixoloji vəziyyətin müharibə istiqamətində köklənməsi və ordunun daha da güclənməsi istiqamətində fəaliyyətini davam etdirməlidir. Çünki güclü diplomatiyanın arxasında güclü ordu dayanır. Zənnimcə, hazırda dünyada gedən bir sıra siyasi dəyişikliklər Azərbaycanın xeyrinə inkişaf etdiyindən, bunları düzgün dəyərləndirməli və ona uyğun taktikanı seçməliyik”.

Q.Hüseynli yaxın zamanlarda Bakıdan ciddi diplomatik və hərbi manevrlərin gözlənildiyini bildirib:
“Çünki Azərbaycan regionda gedən dəyişiklikləri nəzərə alır. Bu fonda Türkiyədən başqa yeni müttəfiqlərin axtarılması ön planda durur. Türk düyasının Azərbaycana qarşı pozitiv meyli artır. Qərb, xüsusilə də Atlantika məkanı Azərbaycana əvvəlkindən daha obyektiv yanaşır. Bu fonda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səsləndirilən rəylərin real həqiqətlərə uyğun olması üçün xarici diplomatiyamız səylərini gücləndirməlidir”. Zamir Göytürk.

About ato.az

Check Also

174466

Hakimiyyət xalqa keçib… – Sərkisyan acıq edib, görüşü tərk etdi

Share this on WhatsAppİrəvanda Ermənistanın baş naziri Serj Sərkisyanla ölkədə etiraz dalğası başladan müxalifətçi deputat …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *