Home / Turan Ocağı Özəl / Bizim Qutsal yolumuz
2017-08-10

Bizim Qutsal yolumuz

2009-09-11 Gecə saatlarında telefonuma yenicə yüklədiyi одноклассник. ру saytında doğulduğum mollalar vadisi kəndində yaşıyanlarla müzakirədə mübahisə edirdik ,tanımadığım biri mübahisəmizə müdaxilə edərək məni müdafiə etdi.Və az sonra mənə buranı tərk et bəy bunlar dindoşlardır qandıqları bir şey yoxdur deyib həmən müzakirədən çıxdı.
Həmin vaxtlar mən internet saytda yeni idim çox anlayışım yox idi, internet də bu gün ki kimi əlverişli deyildi.Aradan biraz keçdi çətinliklə də olsa həmin məni müdafiə edən bəyə yazdım.
Salam bəy var olasız haqqın tərəfdarı oldunuz.Elə həmin gündən bəylə tanışlıq o vaxtlar həmin bəyin saytda olan adı Elçibeycan və AtaTürkiyə idi.on gün ərzində bəylə görüş təyin etdik və görüşdük həmin vaxtlar üç nəfər də başqa qardaşlar vardi ilk görüşdə beş kişi görüşdük ətraflı söhbət etdik.Və beləcə mütamadi olaraq ara, sıra görüşürdük bir gün bəy dedi ki ,gəlin hamımız internet səhifələrimizdə adımızın önünə anlamı Türk Milliyətçisi olaraq T.M qoyaq və belə də etdik.O zaman bizlər çox gözəl Vətənpərvərlik göstərirdik ok.ru Dediyimiz saytda çox müzakirələr aparır, düşmanlarımızın səhifələrini ,şikayət edərək bağladırdıq, özümüzün də onlarla səfərlərimiz bağlanılmışdır. Beləliklə internet üzərə yüzlərlə həm fikirlərimizlə tanış olduq və görüşlərimiz davam edirdi bir il sonra bizlər artıq minlərlə nəfər olmuşduq.Hamimizın yaddaşına sücayəti ilə adını yazan Mubariz İbrahimov Şəhid olan dövürlərdə tamam aktivləşərək real görüşlər, tanışlıqlar artırdı.Bir gün bəy mənə dedi ki gəl İbad Hüseyinovla görüşək və biz üç nəfər İbadın evinə getdik həmən gün Milli Qəhraman evdə olmadı ama ailə üzvləri ilə görüşüb bir neçə şəkildə çəkdik.Beləliklə bizim sayımız artdıqca ətrafımız genişlənir və düşmanımız da çoxalırdı.Sapı özümüzdən olan baltalar əsl düşmanlarımızdan betər düşman oldular bizə.Komunizim, ağsaqqallar, rusdilli yaltaq cavanlar, ölkəmizi parçalamaq istəyən separatçılar, möminlik altında satqınlıq edən İranpərəstlər və s.Amma biz heç pes etmədik, yorulmadıq, bezmədik. Usanmadan yolumuza davam etdik.Doğrudur bu tikanlı yolda bizi yarıda buraxanlarda oldu ama biz bu gün də varıq.Vaxt keçir həyat davam edir bizə qatılmaq istəyən şəxs bu gün də qatılır, ayrılmaq istəyən bu gün də ayrılır. Bir sözlə qapımız hər kəsə açıqdır istər girən, istər çıxan.Bir gün Bəy mənə demədən 2013-cü ildə bizimlə ilk günlərdən həm fikir olan iki ilə yaxın aramızda olmasına baxmayaraq üzünü görmədiyimiz, amma hər gün internet vasitəsilə birlikdə olduğumuz bir qardaşımızla görüş təyin edib mənə sabah Samir. Türksoyla görüşümüz var müjdəsini verdi.Elə həmin o görüşdən sonra biz üç kişi olaraq yolumuza davam etdik.Görüşlər, ziyarətlər ayarladıq.Ölkımizdə olan bütün Türk dünyasına adını sücayəti ilə yazmışları ziyarət etmək onları yeniyetmələrə, komsomol ağsaqqalımıza anlatmaq, tanıtmaqa başladıq.sssr-i tərəfindən Pantürkist adı altında sürgün edilmiş, əzab əziyyətlərlə məhf edilmiş dahilərimizi bir, bir ziyarət edərək xalq tərəfindən unudulmaması üçün əlimizdən gələni edirik və belə bir qərara gəldik ki bir dərnək yaradaq ölkəmizə, dövlətimizə , millətimizə ,xidmət edək və bir gün real tanışlardan ibarət bütün dostları dəvət etdik .2013-09 da Əlli nəfərdən ibarət bir toplantı ayarladıq toplantının məqsədi özümüzə bir ad seçmək və bu ad altında xidmətimizi davam etmək idi.Beləliklə üç saat sürən müzakirədən sonra qərara aldıq ki adımız Pantürklər Dərnəyi olsun.Həmin gündən bu ad altında fəaliyyətimizə davam etdik.
2015:09:15 tarixində Şəhidlər xiyabanında tədbir keçirirdik məlumdur ki həmən gün bizdən başqa da tədbir keçirənlər vardi və bütün tədbirlər qeydə alınıb adi ati üzrə təqdim olunmalı idi.Bizdən siz kimsiz sualına, biz Pantürklər iki deyəndə biraz narazıçılıq olsada tədbirimizi qeydə alıb izin verdilər.
Həmin gün biz DAK la tanışdıq və tədbirə dəvət aldıq.Beləliklə Dünya Azərbaycanlılar Konkressi ilə əməkdaşlıq etdik, S . Rüstəmxanlı bizə şəxsi binasından ofis verdi
artıq bizim şəxsi olaraq ofisimiz var.üç ay sonra 26:12:2015 tarixdə bizə ofis konusunda yardımçı olan ,Türk dünyasında Milliyətçi şair, yazıçı kimi tanınan Sabir Rüstəmxanlı tərəfindən dövlətimizə təqdim olunaraq təsis olduq.Adımızın hamınız bildiyi kimi qəbul edilməməsi üçün dəyişərək Azərbaycan Turan Ocağı olaraq fəaliyyətimizə davam edik.Bu adla ölkəmizdə Türk millətinə aid olan bütün tədbirlərə dəvət alıb iştirak edirik. Hazırda bu adla bütün səviyyəli saytlarda varıq ,şəxsi olaraq saytımız sizlərin xidmətindədir ,bu yaxınlarda 15 Sentyabr 2017 tarixinə qədər Tanrının izini ylə ATO. Radio ilə xidmətinizdəyik. Bu işlərdə bizlərlə olan ,hər hansı bir əziyyəti ,keçən kimlər varsa hamısına bütün ATO çular adından təşəkkürlər varolun deyirik.
Bir gün bütün Türklərin birləşməsi üçün çalışanlara Türkün Tengirisi yar və yardımçı olsun.
Hörmətlə Azərbaycan Turan Ocağından

Adəm Turançı.

About ato.az

Check Also

582743295953876664-account_id=1

Bu gun Ebulfez Elçibeyin qardaşı Elimurad beyin yas merasimidir…

Share this on WhatsAppEsenlikler. Bu gun A.T.O ( Azerbaycan Turan Ocaĝı )Baş buĝumuz, Azerbaycan Respublikasının …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *