Home / Acun ( Dünya ) / ABŞ-dakı bu mitinqləri Rusiya təşkil edir
aksiya_2

ABŞ-dakı bu mitinqləri Rusiya təşkil edir

Bir müddət əvvəl ABŞ-da müsəlman və xarici miqrantlara qarşı keçirilən etiraz aksiyasının təşkilatçısı Rusiya olub.

Ato.az xəbər verir ki, bu iddia ilə Amerikanın “Deyli Best” qəzeti çıxış edib. Qəzet rus agentlərinin Feysbukda antimiqrant mitinqləri üçün yalançı qruplar yaratdığını bildirib. Məhz bu qruplar vasitəsilə insanların mitinqə toplandığı vurğulanıb.

Federal Təhqiqatlar Bürosunun eks-agenti Klin Uots müsəlmanlara qarşı aksiyanın ABŞ-da Rusiya təsirinin gücləndirilməsi istiqamətində atılmış növbəti addım olduğunu bildirib:

“Məqsəd amerikalıların davranışını dəyişməkdir. Ruslar kimlərisə əvvəlcə öz təbliğatlarını yaymağa məcbur edirlər, daha sonra bu təbliğatı reallığa çevirməyə çalışırlar”.

Qeyd edək ki, bir müddət öncə Amerikanın bir sıra ştatında antimiqrant və antiislam xarakterli mitinqlər baş tutmuşdu. Bu mitinqlərə çoxlu sayda insanın qoşulması dünya ictimaiyyətinin diqqətini cəlb etmişdi.
Ato.az Z.Göytürk.

About ato.az

Check Also

1032909989

Dünyanın ən böyük sualtı muzeyi – HEYRƏTAMİZ FOTOLAR

Share this on WhatsApp Karib dənizinin Meksika sahillərində yerləşən MUSA (Museo Subacuático de Arte) dünyanın …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *