Home / Bilirsinizmi? / İdmançımız erməni cüdoçuya qalib gələrək Avropa çempionu oldu
zelim

İdmançımız erməni cüdoçuya qalib gələrək Avropa çempionu oldu

Sloveniyada gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin fərdi yarışları başa çatıb. Mötəbər yarışın ikinci günü də cüdoçularımız üçün uğurlu olub.

100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.

Azərbaycan cüdoçusu finala gedən yolda Slovakiya, İsveçrə və Polşa təmsilçilərini məğlub edib. Milli komandamızın üzvü Avropa birinciliyinin həlledici görüşündə Rusiyanı təmsil edən erməni əsilli cüdoçu Arman Adamyana qalib gələrək qızıl medala layiq görülüb. Beləliklə Azərbaycan cüdoçuları qitə birinciliyində 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. Millimiz kişilərin komanda yarışında birinci yeri tutub. Rusiya ikinci Almaniya komandası isə üçüncü olub.

Ümumi komanda yarışında isə millimiz ikinci pillədə qərarlaşıb.

About ato.az

Check Also

-5300

İnsan 5300 il əvvəl nə yeyirdi? – Alimlərdən MARAQLI TƏDQİQAT

Share this on WhatsAppİtaliyanın “Eurac Research” tədqiqat mərkəzindən olan alimlər qrupu 5300 yaşlı Esi adlı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *