Home / Acun ( Dünya ) / Putin Ruhaniyə zəng etdi – Bakı faktoru
putin_rouhani

Putin Ruhaniyə zəng etdi – Bakı faktoru

Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı baş tutub.

Ato.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı informasiya yayıb.

Danışıq zamanı prezidentlər Suriya məsələsinin nizamlanması ilə bağlı Astanada keçirilən görüşlərdə razılaşdırılmış qərarları yüksək qiymətləndirib. Hər iki tərəf Suriyadakı böhranın uzun müddətli həllinə nail olmaq olmaq üçün səylərin artırılması xüsusən Astana prosesində zəmanət verən ölkələrin əməkdaşlığını gücləndirmək, Birləşmiş Millətlər Təşkilatının himayəsi altında Cenevrədə siyasi müzakirələrin təşviqi ilə bağlı addımlar atmağa hazır olduqlarını bildirib.

İranın nüvə proqramı ətrafında vəziyyətin həlli ilə bağlı fikir mübadiləsi aparıldığı zaman isə prezidentlər birgə fəaliyyət planının həyata keçirilməsinin regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm amil kimi vacibliyi qeyd ediblər.

Telefon danışığı zamanı həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın bəzi aktual məsələləri, eləcə də Rusiya-İran-Azərbaycan formatında əməkdaşlıq problemləri müzakirə olunub.
Ato.az Z.Göytürk.

About ato.az

Check Also

1032909989

Dünyanın ən böyük sualtı muzeyi – HEYRƏTAMİZ FOTOLAR

Share this on WhatsApp Karib dənizinin Meksika sahillərində yerləşən MUSA (Museo Subacuático de Arte) dünyanın …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *