Home / Acun ( Dünya ) / Rusiyadan XƏBƏRDARLIQ: “Müharibə fəlakət olacaq”
55457_l53l2xjpjm

Rusiyadan XƏBƏRDARLIQ: “Müharibə fəlakət olacaq”

“Əgər Şimali Koreyada müharibə başlayarsa, bu, fəlakət olacaq”.

Ato.az xəbər verir ki, yarımadada vəziyyət gərginləşdiyi bir zamanda Rusiyadan bu açıqlama gəlib. Rusiya XİN müharibə ehtimalının aradan qaldırılması üçün pərdə arxasında fəaliyyəti davam etdirdiyini açıqlayıb.

Xatırladaq ki, bir müddət əvvəl Şimali Koreya lideri ABŞ-ın ölkəsinə müharibə elan etdiyini bildirmiş, Ağ Ev isə bu xəbəri dərhal yalanlamışdı.

Sözügedən açıqlama Rusiya XİN-nin nüvə silahının yayılmasının qarşısını almaq və silah nəzarəti idarəsinin rəisi Mixail Ulyanov tərəfindən verilib. Ulyanov Şimali Koreya böhranı üçün çıxış yolunun müharibədən keçmədiyini bildirib.

Ulyanov ABŞ-ın problemə baxışının qəbuledilməz olduğunu vurğulayaraq, sanksiyaların təsirini itirdiyini qeyd edib.
Ato.az Z.Göytürk.

About ato.az

Check Also

armen-laset

İslam Almaniyada rəsmi din elan edilsin – Armin Laşet

Share this on WhatsApp İslam bütün Almaniyada rəsmi din elan edilməlidir. ATO.AZ xəbər verir ki, bu …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *