Home / Gündəm / İbadiyə Kərkükə hərbçi göndərmək səlahiyyəti verildi
1506516225_aa

İbadiyə Kərkükə hərbçi göndərmək səlahiyyəti verildi

İraq parlamentinin qərarı ilə
Ato.az  xəbər verir ki, İraqın baş naziri Heydər əl İbadi Şimali İraq Kürd Muxtariyyətinə çağırış edərək, referendumun nəticələrinin ləğv edilməsini tələb edib: “İraq Kürd Regional İdarəsi dialoq istəyirsə, referendumu və onun nəticələrini bir kənara qoysun”.
İraq parlamenti də baş nazir İbadiyə Kərkükə hərbçi göndərmək səlahiyyəti verib. Parlamentdə çıxış edən İbadi, Kərkükü nəzərdə tutaraq, kürd qüvvələrinin mübahisəli ərazilərdən çəkilməsinin lazım olduğunu da deyib. İraq parlament isə bundan sonra İbadiyə Kərkükə hərbçi göndərmək səlahiyyəti verib.
Bağdad və Ankaraddan ortaq təlim
Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələri tərəfindən aparılan və sıralarına İraq Silahlı Qüvvələrinin də qatıldığı təlimlər davam edir. İraq sərhədindəki Habur sərhəd məntəqəsindən 3 kilometrə qədər məsafədə olan sahəyə zirehli maşınlarla yerləşdirilən türk və iraqlı hərbçilər hücum təlimləri keçiblər.

Terane.

About ato.az

Check Also

15163974774919255193_1000x669

20 Yanvar faciəsinin ildönümü Praqada da qeyd edildi – FOTO

Share this on WhatsApp Yanvarın 19-da Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı və Azərbaycanın Çexiyadakı …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *