Home / Acun ( Dünya ) / Marsla bağlı inanılmaz ELMİ İZAH – FOTOLAR
millixeber_56406

Marsla bağlı inanılmaz ELMİ İZAH – FOTOLAR

Kanada və ABŞ-dan olan bir qrup geofizikin araşdırmaları nəticəsində Marsda su hövzələrinin mövcudluğu elmi cəhətdən izah olunub.

Tədqiqatın nəticələri “Nature Geoscience” jurnalında dərc edilib. Planetin səthində mayenin mövcud olması üçün xüsusi temperatur şəraiti olmalıdır. Alimlər iddia edir ki, metan və litosferdən ayrılan istilik bunu təmin etdiyi üçün iddia əsassız deyil.

Mütəxəssislərin hesablamalarına görə, parnik qazının səbəb olduğu istiləşmə dövrü təxminən milyon il davam edib. Alimlər metanın litosferdən ayrılaraq atmosferə düşməsinin səbəbləri kimi, Marsın öz oxu ətrafında və Günəş ətrafı orbitinin səthinə doğru əyilmə bucağı ilə izah edir.

Kompüter modelləşdirməsi ilə aparılan tədqiqatlarda alimlər metanın atmosferə hücumu nəticəsində istiləşmənin soyuqlaşma ilə əvəz olunduğunu bildiriblər.

Məlumatlara görə, 3 milyard il əvvəl Marsda ilıq iqlim qurşağı mövcud olub.

Ato.az

Z.Göytürk

About ato.az

Check Also

15256509435864750657_1000x669 (1)

Missisipidə Azərbaycan Günü – FOTO

Share this on WhatsAppMissisipi ştatının paytaxtı və ən böyük şəhəri olan Cekson şəhərinin meri Çokve …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *