Home / Turan Ocağı Özəl / Bakıda Türkmən küçəsi
IMG-20171007-WA0023

Bakıda Türkmən küçəsi

Azərbaycanın 26 ildir müstəqil olmasına baxmayaraq, Bakıda və bəzi rayonlarda  bizə düşmən olan dırnaq arası qəhramanların adına hələ də küçələr var.

Ato.az saytının daimi oxucuları xatırlayarlar, “26 Bakı komissarı”nın adına Sabunçu rayonunda küçə olması sosial şəbəkələrdə son dövrlər etirazlara səbəb oldu. Buna görə Bakı Şəhər İcra Hakimiyyəti tənqid olunurdu.

Bundan əvvəl isə Azərbaycan Yazıçılar Birliyinin binasında fəaliyyət göstərən “26” adlı kafe nümayişkaranə şəkildə, icra başçısı Hacıbala Abutalıbovun və general Səhlab Bağırovun iştirakı ilə bağlandı. Sahibləri isə həbs olundu.

Bu problemin həlli tapıldığı üçün milli düşüncəli insanların irad və təkliflərini sosial şəbəkələrdə görən Bakı şəhəri icra nümayəndələrinə Azərbaycan Turan Ocağı idarə heyətinin adından təşəkkürümü bildirirəm.

IMG-20171007-WA0024

Bu gün isə Ato.az saytının əməkdaşı Xətai rayonu Keşlə qəsəbəsində bizlərə xoş təəssürat bağışlayan Türkmən adlı küçə adına rast gəlib.

Kərkük Türkmən elin milli özünü müdafiə təşkilatının mücadilə apardığı bir vaxtda, Azərbaycaın paytaxtı Bakı şəhərində Türkmən adlı bir küçənin olması çox sevindirici oldu. Ola bilsin ki,bu ad soyad və ya digər formada Türkmənistan dövlətin Türkmən türklərinin şərəfinə verilmiş bir addır. Lakin çox güman ki, Kərkük Türkmənlərin adına verilmiş bir küçə adıdır.

Ato.az saytı olaraq bu mövzunu tam araşdırana qədər diqqətdə saxlayacağıq.

(TürkünÖzü)

About ato.az

Check Also

582743295953876664-account_id=1

Bu gun Ebulfez Elçibeyin qardaşı Elimurad beyin yas merasimidir…

Share this on WhatsAppEsenlikler. Bu gun A.T.O ( Azerbaycan Turan Ocaĝı )Baş buĝumuz, Azerbaycan Respublikasının …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *