Home / Gündəm / “Ölkəmizə gələn iş adamları dilimizi öyrənmək əvəzinə dillərini öyrənməyimizi tələb edir”
145339

“Ölkəmizə gələn iş adamları dilimizi öyrənmək əvəzinə dillərini öyrənməyimizi tələb edir”

Sabir Rüstəmxanlı: “Heç bir yerdə işə qəbul zamanı gənclərimizdən ana dilini necə bilmələri soruşulmur”
“Onların rus, ingilis dillərini necə bilmələri ilə maraqlanırlar”

Rusiyanın Başqırdıstan və Çuvaşiyada yerli dilləri sıxışdırmağa başlaması bu ölkələrdə ciddi etirazlara səbəb olmaqdadır.
Maraqlıdır, Azərbaycanın öz ana dilinin müdafiəsinə qalxan bu türk xalqlarına hər hansı formada dəstək verməsi mümkündürmü?
 xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanın daha çox öz ana dilinə diqqət yetirməli olduğunu vurğulayib:
“Çuvaşiya və Başqırdıstana dəstək verməzdən əvvəl, öz ana dilimizin dövlət statusunu bərpa etmək istiamətində addımlar atsaq daha yaxşı olar. Konstitusiya dövlət dilinin Azərbaycan dili olduğunu göstərilir. Lakin gəlin baxaq görək, bir çox parametrlər baxımından bu müddəa işləyir, yoxsa yox? Azərbaycana gələn və burada hər hansı bir iş görən əcnəbi şəxs bizim dili öyrənmək əvəzinə bizim gənclərdən müxtəlif xarici dilləri öyrənməyi tələb edir. Işə götürmək üçün gənclərdən məhz əcnəbi dilləri bilmək tələb olunur. Rus və ingilis dilinə ölkəmizdə geniş meydan açılıb. Heç bir yerdə işə qəbul zamanı şəxsdən ana dilini necə bildiyi soruşulmur. Onlardan rus, ingilis dillərini bilib-bilmədikləri soruşulur. Halbuki, bütün xarici ölkələrdə oturum almaq, yaşamaq, işləmək istəyən insanların dil bilgisi nəzərə alınır. Bizdə isə buna əhəmiyyət verilmir. Küçə-bazarlarda belə rus dilinin qrammatikasına bələd olmasa da, bu dildə danışmağa cəhd edənlərin sayı artmaqdadır. Başqırdlar da, çuvaşlar da öz haqlarını müdafiə edərlər. Başqırdıstanda da, Çuvaşiyada da mili oyanma gedir. Bu problemləri də özləri həll edəcək. Biz öz ana dilimizin qayğısına qalmalıyıq”.
Ato.az
Terane.

About ato.az

Check Also

idriss

Dilçilik İnstitutunun şöbə müdiri yeni orfoqrafiya təkliflərini YIXIB-SÜRÜDÜ – MÜSAHİBƏ

Share this on WhatsAppSon günlər orfoqrafiya qaydalarına təklif edilən dəyişikliklər cəmiyyətin əsas müzakirə mövzusudur. Orfoqrafiya …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *