Home / Acun ( Dünya ) / Tramp Tillersonun yerinə namizəd tapdı
img

Tramp Tillersonun yerinə namizəd tapdı

ABŞ-ın dövlət katibi Reks Tillersonun istefaya gedəcəyinə dair bir neçə dəfə xəbər yayılıb. Dövlət katibi vəzifəsini tərk etmək niyyətində olmadığını açıqlasa da Ağ Evdə siyasi narazılığın olması hər kəsə məlumdur. Bu barədə xəbərlər hələ iyul ayında meydana çıxmışdı və R.Tillersonun 2017-ci ilin sonuna qədər istefaya gedəcəyi bildirilirdi. Oktyabr ayının ilk günlərinsə isə dövlət katibi Tillersonun Ağ Evdə prezident Donald Trampla mübahisə etdiyi və ona “sərsəri” dediyi barədə xəbərlər yayıldı. O da bildirilirdi ki, ABŞ prezidenti ilə aralarında kəskin fikir ayırılığı olan dövlət katibi növbəti dəfə istefa vermək istəyib. Yalnız ABŞ-ın vitse-prezidenti Mayk Pensin vəziyyətə müdaxilə etməsi və xahişindən sonra Tillersonu qərarından daşındırmaq mümkün olub.

Ancaq Tramp administrasiyasından gələn son xəbərlər ABŞ dövlət katibinin öz postunu tərk etməli olacağını deməyə əsas verir.

Ato.az ın məlumatına görə, prezident Tramp artıq Reks Tillersonu əvəz edəcək kadrı da müəyyən edib. Müşavirləri və məsləhətçiləri Donald Trampa dövlət katibi postuna Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Mayk Pompeonu təyin etməsi tövsiyə edib. ABŞ-ın “Axios.com” xəbər saytı “Tillerson Pompeo ilə əvəzlənir” başlıqlı xəbər yayıb. Mənbənin yazdığına görə, 53 yaşlı Mayk Pompeo ilə işləmək prezident Tramp üçün daha rahatdır.

“Bizə deyirlər ki, prezident Tramp Mayk Pompeo ilə kifayət qədər rahatdır. Konqresin daxili işlərindən tutmuş mühacirlər məsələsinə qədər onunla məsləhətləşir. Pompeo prezidentin gündəlik xülasəsini təmin edir və Trampın gün ərzində onunla çox vaxt keçirir. Pompeo administrasiyada prezidentə sərt xəbərləri çatdırmağı bacaran az adamlardan biridir. Tramp Pompeonu iddialı adam kimi görmür. Birləşmiş Ştatlar Evinə Kanzasdan daxil olmuş Pompeo karyerasının zirvəsi kimi bu işi üzərinə götürüb. Dünya liderləri Tillersonu deyil, Pompeonu prezidentin daxili çevrəsinin qanuni bir üzvü kimi tanıyır”.

Lakin Ağ Evin Qərargah rəisi Con Kelli sabitlik istəyir və növbəti ilə qədər yüksək səviyyəli istefalara maneə törədir.
Ato.az Z.Göytürk.

About ato.az

Check Also

1032909989

Dünyanın ən böyük sualtı muzeyi – HEYRƏTAMİZ FOTOLAR

Share this on WhatsApp Karib dənizinin Meksika sahillərində yerləşən MUSA (Museo Subacuático de Arte) dünyanın …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *