Home / Bilirsinizmi? / Türk tankları daha bir şəhərə girdi: Xalq onları alqışlarla qarşıladı – VİDEO
147657

Türk tankları daha bir şəhərə girdi: Xalq onları alqışlarla qarşıladı – VİDEO

Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Rusiya və İranın əldə etdiyi razılıq nəticəsində bufer zona elan edilən Suriyanın İdlib şəhərinə Türk ordusunun tankları daxil olub.
Hərbi əməliyyatların məqsədi şəhərdə yaşayan 3 milyon insanın təhlükəsizliyini təmin etmək və terrorçulardan təmizlənən əraziləri daha da genişləndirməkdir.
Belə ki, PKK terror tşkilatının Suriya qanadı olan PYD-nin işğalı altındakı Afrin şəhərinə yaxın Atme bölgəsindən Türkiyə hərbçilərini daşıyan avtomobillər, tanklar İdlibə girib.
İdlib əhalisi Türk əsgərlərini alqışlarla qarşılayıblar.
Əsgərlər şəhərə girməzdən əvvəl “Fırtına” topları ilə atəşə tutulub.
Bundan başqa, Türkiyə KİV-də yayılan məlumatlara görə, Afrin sərhədində Türkiyənin hərbi bazası yaradılacaq.
Ato.az

Terane.

About ato.az

Check Also

5a2d3b705fdce

“Qıbrıslı Türklər azlıq statusuna düşürülə bilməz”, R.T.Ərdoğan

Share this on WhatsAppDövlət başçısı Rəcəb Tayyib Ərdoğan Qıbrıslı Türklərin azlıq statusuna düşürülə bilməyəcəyini bildirdi. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *