Home / Kərkük Türkləri / Bərzani təslim olur: Kürd bayrağı endirildi
1017339823

Bərzani təslim olur: Kürd bayrağı endirildi

İraq ordusu Kərkükdə hərbi bazaları və neft quyularını ələ keçirmək üçün əməliyyatlara başlayıb.

Ato.az xəbər verir ki, AFP xəbər agentliyi İraq ordusunun Kərkük yaxınlığındakı yolları və infrastruktur qurğularını ələ keçirdiyini açıqlayıb. Əməliyyatların başladığını Kürd Muxtariyyətinin Təhlükəsizlik Agentliyi də təsdiq edib.

İraq Türkman Cəbhəsinin lideri Əşrəf Salihi türkmanlara səslənərək, “Tuzhurmatu və Kərkük ətrafında qarşıdurmalar başlayıb. Özünüzü qoruyun”, – deyib.

***

Əməliyyatlardan sonra peşmərgə qüvvələri Kərkükün cənubuna çəkilib.

Bu barədə Kərkükdəki 5-ci cəbhə komandanı Kamal Kərküki “Anadolu” agentliyinə açıqlama verib.

“Peşmərgənin geri çəkilməsindən sonra Ərbildən dəstək qrupları bölgəyə doğru yola çıxıb. İraq ordusu hələ ki, şəhərə daxil ola bilməyib”, – Kamal Kərküki bildirib.

Qeyd edək ki, ötən gün İraq hakimiyyəti Kürd Muxtariyyətinin Kərkükə PKK terrorçularını gətirdiyini açıqlayıb. Rəsmi Bağdad İraq Kürd Muxtariyyətinin bu addımının müharibə elan etmək olduğunu bildirib.

***

Son məlumatlara görə, İraq qüvvələri Kərkükün cənubundakı bəzi mövqeləri Kürd Muxtariyyətindən azad edib.

Əməliyyatlar zamanı Kərkükdəki Keyvan hərbi bazası da İraq ordusunun nəzarətinə keçib.

Məlumatı İraq Müdafiə Nazirliyinə bağlı olan Savaş Media Şəbəkəsi yayıb.

***

İraq ordusu Kərkükdəki hava limanını Bərzani qüvvələrindən azad edib.

Bərzaniyə məxsus “Rudav” saytı İraq ordusu və şiə milislərinin Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yolunu azad edərək əlaqəni kəsməyə çalışdıqlarını bildirib. Bəzi kürdlərin də bu əməliyyatda İraq ordusuna dəstək verdikləri bildirilir.

***

BBC-nin Kərkükdə olan əməkdaşı Orla Querin şəhərə silahlı dəstələrin gəldiyini bildirib. Querin həmin qüvvələrin PKK-çılar ola biləcəyini deyib.

“Rudau” saytı Təlabaninin Kürdüstan Yurdsevərlər Birliyinə aid qüvvələrin Kərkükün Dakuk rayonundan çıxdığını bildirib.

***

İraq xüsusi təyinatlı qüvvələri Kərkükdə valilik binasını qarşıdurma olmadan ələ keçirib.

İraq Baş naziri Heydar Abadi isə Kərkük və digər bölgələrdən İraq bayrağının asılması ilə bağlı tapşırıq verib.

About ato.az

Check Also

trkmanlarn_qrargahna_od_vuruldu_video

Kərkük türklərinin qərargahına od vuruldu – Video

Share this on WhatsAppPeşmərgə qüvvələri Kərkükün şimal-qərbindəki Altınkörpü qəsəbəsində türkmənlərin qərargahına od vurub. Ato.az xarici …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *