Home / Acun ( Dünya ) / Moskvada erməni taksi sürücüsü 100 nəfəri ZƏHƏRLƏYƏRƏK ÖLDÜRDÜ
464

Moskvada erməni taksi sürücüsü 100 nəfəri ZƏHƏRLƏYƏRƏK ÖLDÜRDÜ

Moskvada müştəriləri  zəhərləməkdə ittiham olunan taksi sürücüsü saxlanılıb.
TVS verdiyi məlumata görə, İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi rəhbərinin baş köməkçisi Yuliya İvanova bildirib ki, həmin şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
KİV-in yazdığına görə, milliyyətcə erməni olan 29 yaşlı Vaaqn Karapetyan 100 nəfərin ölümündə günahkar ola bilər. Onların arasında tanınmış aparıcı Artur Bitov da var.
İstintaq müəyyən edib ki, V. Karapetyan 2015-ci ildən fərdi şəkildə taksi fəaliyyəti ilə məşğul olub. O, müxtəlif səbəblərlə müştərilərinə içinə psixotrop maddələr qatdığı mineral su təklif edirmiş. Müştərilər zəhərləndikdən sonra taksi sürücüsü onların bahalı əşyalarını götürürmüş.
Müstəntiqlər həmin şəxsin yaşadığı mənzildə axtarış aparıblar. Oradan çoxlu sayda mobil telefon, 100-dən çox qol saatı, eləcə də güclü təsirə malik psixotrop preparatlar aşkarlanıb.
Saxlanılan şəxs günahını etiraf edib.

 Ato.az
Terane.

About ato.az

Check Also

o ses turkiye

“O Səs Türkiyə”nin münsifləri Azərbaycan mahnısına heyran oldular – VİDEO

Share this on WhatsApp“O Səs Türkiyə” musiqi yarışının son buraxlışı maraqlı məqamlarla yadda qalıb. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *