Home / Acun ( Dünya ) / Bərzani TƏSLİM OLUR – “Hər şeyə hazıram”
barzaniye_bir_buyuk_darbe_daha_1508686029_374

Bərzani TƏSLİM OLUR – “Hər şeyə hazıram”

İraq Kürd Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani Ərbil ilə Bağdad şəhərləri arasındakı problemlərin həlli üçün yeni bir səhifə açmağa hazır olduqlarını bildirib.

Ato.az xəbər verir ki, baş nazir sadəcə davam edən hərbi əməliyyatların bu addımın önündə əngəl olduğunu deyib.

Məsud Bərzani isə iştirak etdiyi bir toplantıda jurnalistlərin suallarını cavablandırıb və Bağdad ilə problemləri konsitutsiya çərçivəsində həll etmək istədiklərini qeyd edib. O, bu mövzu üçün Bağdada bir heyət göndərməyə hazır olduqlarını söyləyib:
“Heyətin göndərilmə tarixini hələ ki müəyyən etməmişik. Bağdadın cavabını gözləyirik. Regional hökumət Bağdadla problemlərin konsitutsiya çərçivəsində həll edilməsinin tərəfdarıdır.

Təəssüf ki, hərbi əməliyyatların davam etməsi bölgələrin təhlükəsizlik və sabitliyinə ciddi şəkildə mənfi təsir göstərir. Eyni zamanda, iki tərəf arasında dialoqların başlanmasını əngəlləyir”.

Terane.

About ato.az

Check Also

son-dakika-iran-in-ahvaz-kentinde-teror-11257611_9177_o

İranda hərbi paradda TERROR: çoxlu sayda ölü və yaralı var – FOTO

Share this on WhatsAppİranın Ahvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı baş verib. Ato.az …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *