Home / Gündəm / Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq? (ÖZƏL)
transfert_BAF_ZL

Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq? (ÖZƏL)

Azərbaycanın “Azerspace-2/Intelsat-38” ikinci geostasionar peykinin tikintisi üzrə işlər 90 faiz yekunlaşıb.

Bu barədə Ato.az-a  Azərbaycanın peyk rabitəsi bazarındakı mənbə bildirib.

Tikinti işlərinin 2018-ci ilin yanvarında başa çatdırılması planlaşdırılır. Peykin gələn ilin birinci yarısında buraxılması nəzərdə tutulur.

Peykin orbitə çıxarılması ilə Fransanın “Arianespace” şirkəti məşğul olacaq. Bundan əvvəl “Azerspace/Africasat-1a” ilk peykinin buraxılışını da həmin şirkət həyata keçirmişdi.

“Azerspace-2/Intelsat-38” geostasionar orbitdə 45 dərəcə şərq uzunluğunda yerləşdiriləcək. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

About ato.az

Check Also

mslman_ermnilr_dekabrn_11-i_n_1

3-cü və 4-cü erməni respublikasının yaradılması… – Şok plan/Foto

Share this on WhatsApp …Gürcüstandakı Rusiya Tədqiqatları İnstitutunun materiallarına əsasən, separatçı abxazlar və Gürcüstan hökuməti …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *