Home / Bilirsinizmi? / “Le Monde” Ermənistanın Metsamorunu Çernobılla müqayisə etdi
43dd9f

“Le Monde” Ermənistanın Metsamorunu Çernobılla müqayisə etdi

Fransanın nüfuzlu “Le Monde Diplomatique” (“Diplomatik dünya”) aylıq jurnalının noyabr buraxılışda yalnız regiona deyil, Avropaya da təhlükə olan Ermənistanın Metsamor AES-ə həsr olunmuş məqalə dərc olunub.

Ato.az məqalənin tərcüməsini təqdim edir:

“1986-cı ildə Çernobılda və 2011-ci ildə Fukusimada baş verən qəzalar bütün dünyaya atom enerjisinin nə dərəcədə təhlükəli olduğunu göstərdi. Lakin əgər inkişaf etmiş ölkələr üçün ekoloji təhlükəsizlik naminə də olsa, atom enerjisindən imtina çətindirsə, nüvə reaktorları hətta seysmik zonada yerləşsə belə, Ermənistan kimi kasıb iqtisadiyyatı olan ölkələr üçün bu, demək olar ki, qeyri-mümkündür.”

Metsamor Sovet İttifaqı dövründə Ərəbistan və Avrasiya plitələrinin geoloji toqquşması hissəsində inşa edilib. Bu, yüksək seysmik zonadır. 400 MV gücə malik ilk blok olan WWER-440 1976-cı ildə, eyni gücə malik ikinci blok isə 1979-cu ildə şəbəkəyə qoşulub. 1988-ci ildə 6,9 ballıq zəlzələ nəticəsində Metsamordan cəmi 70 km aralıda yerləşən Spitak şəhəri dağılıb. O zaman hökumət təhlükəsizlik tədbiri kimi hər iki reaktorun fəaliyyətini dayandırmaq qərarına gəlib.

Armavir yaxınlığında yerləşən Metsamor AES-in girişinin 100 metrliyində qadınlar tağlardan tərəvəz yığırlar. Qadınlar vedrələrini pomidorla doldurub evlərinə qayıdırlar. Onların ərləri elektrostansiyada çalışırlar. Düşünürlər ki, elektrostansiyanın yaxınlığında yaşamaq və işləmək təhlükəsizdir. Lakin onlar, əslində, vəziyyətin nə yerdə olduğunu bilsəydilər, bu qədər sakit olmazdılar.

1991-ci ildə müstəqilliyini elan edən Ermənistan ciddi enerji çatışmazlığı ilə üzləşdi. Dağlıq-Qarabağ münaqişəsi isə vəziyyəti daha da ağırlaşdırdı. 1995-ci ildə hökumət həm bölgədə, həm də Avropada ikinci bloku işə salmağa qərar verdi. “Bu atom elektrostansiyası köhnəlməsi və güclü seysmik fəal zonada yerləşməsi səbəbindən əvvəlki kimi, bütün Avropa üçün təhlükə mənbəyidir,” – deyə Avropa İttifaqının nümayəndəsi, bu məsələ üzrə mütəxəssis yazıb. O, enerji blokunun bağlanılması üçün 100 milyon avro məbləğində kömək təklif edib. Lakin Ermənistan hökuməti bu məbləği az hesab edib..”

Terane.

About ato.az

Check Also

31218570_575967129427298_228850954340925440_n

Ermənistanda vəziyyət GƏRGİNLƏŞDİ: 228 nəfər tutuldu

Share this on WhatsAppYerevanda bu gün keçirilən aksiyalar zamanı 228 etirazçı saxlanılıb. Ato.az  xəbər verir …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *