Home / Bilirsinizmi? / “Vaxtilə ermənilərə verilən torpaqlarımızla bağlı ciddi araşdırmaya ehtiyac var”
85526

“Vaxtilə ermənilərə verilən torpaqlarımızla bağlı ciddi araşdırmaya ehtiyac var”

“Əlimizdə konkret sənədlər olmalıdır ki, lazım olanda ortaya qoya bilək”

Bir müddət öncə saytımıza açıqlama verən Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev maraqlı iddia ilə çıxış edib. B.Quliyevin sözlərinə görə, sovet dönəmində Naxçıvanın 9 kəndi ermənilərə verilib ki, bu da faktiki olaraq Qars müqaviləsinin pozulması deməkdir.

Ermənilərin 90-cı illərdə işğal etdiyi torpaqlarla yanaşı, sovet dönəmində ermənilərə verilən torpaqlarımızla bağlı ciddi bir araşdırmanın aparılması, bu araşdırmanın nəticəsinin siyasi gündəmə daşınması nə dərəcədə zəruridir?

Ato.az bildirir ki, Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu belə bir araşdırmaya ciddi ehtiyac olduğunu vurğuladı:

“Təbii ki, belə bir araşdırmanın aparılması zəruridir. Həqiqət, gerçəklik üzə çıxmalı, bilinməlidir. Gənc nəsil bilməlidir ki, bizim torpaqlarımız haradır, bu torpaqlar harda başlayıb harda qurtarır. Ermənistan adlı dövlət yarananda onun cəmi 9 min kv.km ərazisi var idi. 70 il müddətinə Azərbaycanın hesabına Ermənistan ərazisi 29 min kv.km-ə çatdırıldı. Ermənilərə sovet dönəmində verilən ərazilər tədqiq edilməli, gündəmə daşınmalıdır.

Bunu araşdırıb ortaya qoymaq, siyasi gündəmə daşımaq üçün isə güclü siyasi iradə olmalıdır. Tarixçilər də bu məsələdə üzərlərinə düşən işi yüksək səviyyədə yerinə yetirməlidir. Bu, heç vaxt aktuallığını itirməyən, lakin bununla yanaşı vaxtı keçmiş bir məsələdir. Biz bu araşdırmanın nəticələrini ortaya qoymalıyıq. Gün gələr, erməni cinayətləri ilə bağlı beynəlxalq məhkəmə olar. Biz buna indidən hazırlaşmalıyıq. Bizim əlimizdə ciddi sənədlər, faktlar olmalıdır ki, həmin məhkəmədə öz haqlı mövqeyimizi sübut edək”.

Terane.

About ato.az

Check Also

socar

Azərbaycana idxal olunan benzinin qiyməti artdı

Share this on WhatsApp Xaricdən Azərbaycana idxal olunan Premium və Super Premium markalı benzinin qiyməti …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *