Home / Bilirsinizmi? / ERMƏNİSTANDA ƏSGƏRLİYƏ GETMƏK İSTƏMƏYƏN TƏLƏBƏLƏR AKSİYA KEÇİRİR
2017-11-10-11-53-195

ERMƏNİSTANDA ƏSGƏRLİYƏ GETMƏK İSTƏMƏYƏN TƏLƏBƏLƏR AKSİYA KEÇİRİR

İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiyası davam edir.
Ato.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, İrəvan Dövlət Universitetinin əsas binasının qarşısında toplaşan etirazçılar dərslərdə iştirak etməkdən imtina edirlər.
Hazırda tələbələr sözügedən ali təhsil ocağının bütün korpuslarından keçməklə yürüş edirlər.
Aksiya artıq dörd gündür davam edir.
Qeyd edək ki, dünən tələbələr baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər. Ermənistan Nazirlər Kabinetində keçirilən iki saatlıq görüş nəticəsiz qalıb.
Xatırladaq ki, Ermənistan parlamenti birinci oxunuşda “Hərbi xidmət haqqında” yeni qanun layihəsini qəbul edib. Sözügedən qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur.

Terane.

About ato.az

Check Also

anar-cebrayilli

Azərsu” rəsmisi: Çəkinmədən bəyan edirəm – Video

Share this on WhatsApp İnsanlar bilsinlər ki, suyun keyfiyyətli ilə bağlı heç bir problem yoxdur. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *