Home / Bilirsinizmi? / Övladını vətənə qurban deyən ananın əsgər oğluna yazdığı tarixi məktub – Çanaqqala nümunəsi
103497

Övladını vətənə qurban deyən ananın əsgər oğluna yazdığı tarixi məktub – Çanaqqala nümunəsi

Çanaqqalanın ağır günlərində yaxın kəndlərdən və vətənin hər tərəfindən hər gün yüzlərlə gənc cəbhəyə axın edirdi. Təcrübəsiz əsgərlər təlimlərə qatılır, silahdan istifadə etməyi öyrəndikdən sonra ön cəbhəyə göndərilirdi. Kapitan Sırrı bəy ilkindi vaxtında yeni gələn əsgərləri təftiş edərkən əsgərlərdən birinin saçının yan tərəfinin xınalanmış olduğunu görüb soruşdu:

– “Heç kişinin də saçı xınalanarmı?”

Əsgər:

– “Buraya gəlməmişdən öncə anam xınalayıb komandir” deyərək səbəbini isə bilmədiyini söylədi. Komandirin xahişi ilə anasına məktub yazaraq “Mənim saçımı niyə xınaladın?” deyə soruşur. Oğlunun məktubuna ana belə bir cavab verir:

“Ey gözümün Nuru Həsənim.

Kəndimizdə rahat rahat oturaqmı? Vətən sevgisi içimizdə sönməz bir atəşə dönüb. Sən əcdadından, babandan geri qala bilməzsən… Mən sənin ananam, məni və səni Allah yaratdı, Vətən böyütdü. Allah bu Vətən üçün səni bəslədi. Bu Vətənin çörəyi iliklərindədir…

Sən bu ailənin seçilmiş bir qurbanısan…

Həsənim, zabit əfəndiyə söylə ki, bizim kənddə qurbanlıq qoyunlar xınalanır. Mən də səni övladlarımın arasından Vətənə qurban dedim. Ona görə saçını xınalamışam…

Allah, səni İsmayıl peyğəmbərin yolundan ayırmasın. Səni mələklər indidən rəhmətlə yad edəcəkdir.

Gözlərindən öpürəm.

Anan Xədicə”

Ato.az

Terane.

About ato.az

Check Also

img_0053_(2)

BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirildi

Share this on WhatsApp Bakı Dövlət Universitetində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib. Universitetin Mətbuat …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *