Home / Gündəm / Dünya ermənilərin bu vəhşiliyinə “dur” deməlidir
qenire2

Dünya ermənilərin bu vəhşiliyinə “dur” deməlidir

Millət vəkili Qənirə Paşayeva Cənubi Afrika, Kenya və Seneqalın tanınmış təşkilat rəhbərləri ilə görüşüb.

Ato.az xəbər verir ki, millət vəkili görüşdə Azərbaycanın bütün istiqamətlərdə Cənubi Afrika, Kenya və Seneqalla əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Q.Paşayeva müzakirələr zamanı Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

“Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşən 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının fundamental insan haqları bu gün də Ermənistan tərəfindən pozulmaqda davam edir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə seyrci qalmamalı, öz etiraz səsini ucaltmalıdır”, – Q.Paşayeva deyib.

Millət vəkili təşkilat rəhbərlərinə Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidə və qəbiristanlıqların ermənilər tərfindən məhv edilməsini özündə əks etdirən materiallar və “Azərbaycan həqiqətləri” adlı filmlər kataloqunu təqdim edib.

Terane.

About ato.az

Check Also

187362

Müsəlmanların Ruhani İdarəsinin lideri xristian ikonasını öpdü – GÖZLƏNİLMƏZ…

Share this on WhatsAppRusiya Müsəlmanları Ruhani İdarəsinin başçısı Talqat Tadjuddin sosial şəbələkərdə ciddi tənqidə məruz …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *