Home / Bilirsinizmi? / İraqda tarixi hadisə – İŞİD tamamilə məhv edildi

İraqda tarixi hadisə – İŞİD tamamilə məhv edildi

İraq ordusu Ənbar vilayətində yerləşən İŞİD-in son qalası adlandırılan Rava qəsəbəsini tamamilə terrorçulardan təmizləyib.
Ato.az  axar.az-a istinadla xəbər verir ki, bu barədə Haşdi-Şabi komandiri Əli Həşim Hüseyni danışıb. Hüseyni bu qələbə ilə İŞİD-in İraqda artıq mövcud olmadığını bildirib.
Məlumata görə, İraq ordusu və Haşdi-Şabi qüvvələri səhər saatlarında minlərlə döyüşçü ilə Rava qəsəbəsini azad etmək üçün bölgəyə 3 istiqamətdən hücuma keçib. Saatlarla davam edən şiddətli atışmaların nəticəsində İŞİD məğlubiyyətə uğradılıb. Yüzə yaxın İŞİD üzvü məhv edilib.
Döyüşlərdə sağ qalan terrorçuların Suriya istiqamətində qaçdığı müşahidə olunub
13917

About ato.az

Check Also

ermeni_0236

Dağlıq Qarabağda erməni hərbçiyə işgəncə verilib

Share this on WhatsApp Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *