Home / İdman / NATO təlimində Ərdoğan və Atatürkün fotoları hədəf kimi seçilib – ŞƏRƏFSİZLİK!
1510921264_1

NATO təlimində Ərdoğan və Atatürkün fotoları hədəf kimi seçilib – ŞƏRƏFSİZLİK!

Ato.az təqdim edir;

NATO-nun Norveçdə keçirilən təlimi zamanı hədəf olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotoları seçilib.

APA-nın “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının bölgə rəhbərlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı deyib. O, hadisə ilə əlaqədar təlimdə iştirak edən 40 türkiyəli hərbçinin geri çağırıldığını açıqlayıb.

NATO-dan hadisə ilə bağlı rəsmi açıqlama verilib. Açıqlamada bildirilir ki, R. T. Ərdoğanın fotosunu hədəf kimi qoyan zabit artıq işdən azad edilib. Atatürkün fotosunun isə texniki işçi tərəfindən seçildiyi bildirilib. Onun da işdən kənarlaşdırıldığı qeyd olunur.

Z.Göytürk

About ato.az

Check Also

12331748_1685822041655185_1507032653_n

“İmarət tayfa”: “Biz xuliqan deyilik, müharibə, qisas istəyirik” – MÜSAHİBƏ

Share this on WhatsApp Bu il “Qarabağ” komandası Çempionlar Liqasının qrup mərhələsində tarixində ilk dəfə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *