Home / Qarabağ / İtaliyanın məşhur jurnalı Qarabağdan yazdı
jurnal

İtaliyanın məşhur jurnalı Qarabağdan yazdı

İtaliyanın “Periodico Italiano Magazine” jurnalında Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) tədqiqatçısı Domeniko Letisiyanın jurnalın müxbiri Karla De Leoya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi müsahibə dərc olunub.

Ato.az xəbər verir ki, müsahibədə D.Letisiya Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəbləri, hüquqi aspektləri, həmçinin həlli istiqamətində aparılan sülh danışıqları və mövcud vəziyyətlə bağlı fikirlərini ifadə edib. Tədqiqatçı bildirib ki, münaqişə nəticəsində Ermənistan Azərbaycanın təkcə Dağlıq Qarabağ regionunu deyil, ona bitişik yeddi ətraf rayonunu da işğal edib, nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib və bəşər tarixinin ən dəhşətli soyqırımı aktlarından biri olan Xocalı soyqırımını törədib.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiq edən, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyini xatırladan tədqiqatçı münaqişənin həlli üçün həmin qətnamələrə hörmət və istinad edilməli olduğunu vurğulayıb.

D.Letisiya münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirdikləri son görüş haqqında danışaraq, hər iki ölkənin xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin görüşün nəticələri ilə bağlı bəyanatını diqqətə çatdırıb. Bununla belə, o, görüşün nəticələrindən yaranan müsbət əhvali-ruhiyyəni prezident Serj Sarkisyanın razılaşmalara əks olaraq Ermənistanın İsveçrədəki səfirliyində erməni diasporunun nümayəndələri ilə keçirdiyi görüşdə verdiyi bəyanatlarla korladığını qeyd edib.

Ermənistanın Azərbaycan ordusu haqqında qəsdən təhrif edilmiş yalan məlumatlar yaydığını bildirən tədqiqatçı Azərbaycanın beynəlxalq normalara uyğun olaraq nizami orduya malik olduğunu vurğulayıb, əksinə, Ermənistan ordusuna isə erməni terror təşkilatı ASALA-nın üzvlərinin cəlb edilməsinə dair məlumatların mövcud olduğunu diqqətə çatdırıb.

Müsahibəsində 2016-cı ilin noyabr ayında Bakıda bir qrup azərbaycanlı və erməni fəal tərəfindən yaradılmış “Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma” haqqında da danışan Domeniko Letisiya platformanın yaradılmasında əsas məqsədin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həllinə dəstək vermək olduğunu bildirib. O, platforma iştirakçılarının Ermənistana öz ordusunu işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa, həmçinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını təmin etməyə çağırış etdiklərini vurğulayıb

TürkünÖzü

About ato.az

Check Also

timthumb (1)

Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb

Share this on WhatsAppHərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən Azərbaycan əsgər Cəlilbəyli …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *