İtalyan memar Renato Vidal 6 saatda qurula bilən ev dizayn edib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hazırlanması 1 ay, qurulması isə 6 saat çəkən evin qiyməti cəmi 3300 dollardır. Vidal bildirir ki, bina zəlzələ kimi təbii fəlakətlərə davamlıdır və keyfiyyətli məhsullardan hazırlanır. Günəş enerjisi ilə işləyən sistem və s. tipli xüsusiyyətlər isə istəkdən asılı olaraq evə əlavə edilə bilər.