Home / İdman / ABŞ SURİYADAN ÇIXMAQDAN İMTİNA EDİR – ŞOK
usa_tanks

ABŞ SURİYADAN ÇIXMAQDAN İMTİNA EDİR – ŞOK

ABŞ İŞİD üzərində qələbədən sonra öz hərbi hissələrini Suriyada saxlamağı planlaşdırır.

Ato.az.Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet ABŞ-ın İŞİD-in revanşından qorxduğunu bildirib:

“ABŞ Suriyada yeni səhvə yol vermək istəmir. İŞİD Suriyada öz təsirini hakimiyyətin olmamasından istifadə edərək qısa zaman ərzində yaymışdı və indi bu təkrarlana bilər. Digər tərəfdən hərbi hissələr İrana görə burada saxlanılacaq. Belə ki, Suriya Prezidenti Bəşər Əsəd bütün ölkə ərazisini ələ keçirə bilər, bu isə İranın qələbə qazanması deməkdir”.

Qeyd edək ki, hazırda Suriyada 500 ABŞ hərbçisi var. Onlar xüsusilə ölkənin şimalındakı kürdlərin təlimi ilə məşğul olur. Vaşinqton bundan öncə İŞİD-lə savaşdan sonra öz ordusunu Suriyadan çıxaracağını bildirmişdi.

ato.az

Z.G

About ato.az

Check Also

alim_nebiyev

Azərbaycan idmançıdan MÖHTƏŞƏM QƏLƏBƏ

Share this on WhatsAppHollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə “Glory” seriyalı növbəti turnir keçirilib. Ato.az yenicag.az-a istinadən …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *