Home / Bilirsinizmi? / İngilis mediası “Qarabağ”ı lağa qoydu – FOTO
2 (1)

İngilis mediası “Qarabağ”ı lağa qoydu – FOTO

İngilis mediası “Qarabağ” futbol klubunu lağa qoyub.

Ato.az   bildirir ki, məşhur ingilis saytı olan “The Sun” “Qarabağ”ın oyun günü planında futbolçuların adlarını tərcümə etməsini gülünc hesab edib.

Xəbərin başlığında yazılıb: “”Qarabağ” oyun günü planında “Çelsi”nin futbolçularının adlarını tərcümə etdi və gülməli vəziyyət yarandı”.

Xəbəri yazan jurnalist bildirib ki, “Qarabağ”ın bu qəribə ideyası sosial şəbəkələrdə ingilislər tərəfindən ələ salınıb. İzləyicilər oyunçuların adlarının “Pro Evolution Soccer” oyunundakı kimi qəribə formada yazıldığını qeyd ediblər. Onlar Heri Kehill və Tibo Kurtuanın adlarının yazılışının gülünc olduğunu yazıblar.

Qeyd edək ki, ötən gün keçirilən “Qarabağ” – “Çelsi” matçı “Çelsi”nin 0:4 hesablı qələbəsi ilə başa çatıb.

Terane.

About ato.az

Check Also

o ses turkiye

“O Səs Türkiyə”nin münsifləri Azərbaycan mahnısına heyran oldular – VİDEO

Share this on WhatsApp“O Səs Türkiyə” musiqi yarışının son buraxlışı maraqlı məqamlarla yadda qalıb. Ato.az xəbər …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *