Home / Gündəm / Xəyal Əhmədov: “Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram”
1511519584_23899356_1905906762758730_1095956867_n

Xəyal Əhmədov: “Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram”

İl ərzində üç beynəlxalq turnirdə iştirak etmişəm. Həmin turnirlərin ikisini qələbə ilə başa vura bildim. Hesab edirəm ki, bu il mənim üçün uğurlu olub. Fəxr edirəm ki, üçrəngli bayrağımızı beynəlxalq yarışlarda ucaltmağa nail oldum. Nüfuzlu beynəlxalq turnirlərdə Azərbaycan idmanını təmsil etmək qürurvericidir.

Ato.az bildiri ki, Bu sözləri Karabakhmedia.az-a Azərbaycan Kikboksinq Federasiyasının üzvü, tanınmış kikboksçu, nüfuzlu beynəlxalq yarışların qalibi Xəyal Əhmədov açıqlamasında bildirib.

Azərbaycanı gələn il keçiriləcək beynəlxalq yarışlarda da təmsil edəcəyini vurğulayan X.Əhmədov deyib: “Həmin yarışlarda uğur qazanmaq üçün ciddi hazırlaşıram. Yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün hər cür şərait yaradılıb. Ölkəmizdə idmanın inkişafına, eləcə də idmançılara göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev də beynəlxalq yarışlarda iştirakla bağlı daim bizi dəstəkləyir və idmançıları həmin turnirlərdə ölkəmizi layiqincə təmsil etməyə həvəsləndirir”.

Terane.

About ato.az

Check Also

qadin herbci

Qadın zabitlərə hərbi geyim forması kimi şalvar da veriləcək

Share this on WhatsAppSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qadın zabitlərə hərbi geyim …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *