Home / İdman / Türkiyəli general Azərbaycana gəldi
hasan kucukakyuz-kimdir

Türkiyəli general Azərbaycana gəldi

Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz Azərbaycana rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ato.az-a bildirilib ki, səfər çərçivəsində ordu generalı H. Küçükakyüzün Müdafiə Nazirliyində bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Səfər dekabrın 1-dək davam edəcək.

Terane.

About ato.az

Check Also

alim_nebiyev

Azərbaycan idmançıdan MÖHTƏŞƏM QƏLƏBƏ

Share this on WhatsAppHollandiyanın Rotterdam şəhərində kikboksinq üzrə “Glory” seriyalı növbəti turnir keçirilib. Ato.az yenicag.az-a istinadən …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *