Home / Bilirsinizmi? / Türkiyənin bu addımı İrəvana mühüm mesaj ola bilər – Foto
qnir_(1)

Türkiyənin bu addımı İrəvana mühüm mesaj ola bilər – Foto

Millət vəkili Qənirə Paşayevanın Samsunda “Azərbaycan” küçəsi və Qarabağ parkının açılması ilə bağlı təklifi dəstəklənib.

Ato.az xəbər verir ki, Samsunda konfrans keçirmək üçün bu bölgəyə səfər edən millət vəkili Samsun, Bafra bələdiyyə başqanı Zihni Şahin ilə görüşüb. Görüşdə Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşması, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparılıb.

Yaxın zamanlarda Bafranın mərkəzi küçələrindən birinə “Azərbaycan”, mərkəzi parklardan birinə isə “Qarabağ” adının veriləcəyinə inandığını deyən millət vəkili, bu addımın dosta da, düşmənə də önəmli bir mesaj olacağını vurğulayıb.

Azərbaycanı çox sevdiyini deyən Bafra bələdiyyə başqanı qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımların atılacağını və bu təkliflərə qısa zamanda baxılacağını bildirib.

Terane.

About ato.az

Check Also

27337189_2071925733091264_8272888505413518118_n_1518600844

Ermənilər ona 63 güllə vurmuşdu – Şəhid polisin həyat yolu (VİDEO)

Share this on WhatsAppDağlıq Qarabağ münaqişəsinin ilk qığılcımları görünməyə başlandığı illərdə əhalinin təhlükəsizlik məhsuliyyəti əlbətdə …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *